UEFA Avropa Liqası: "Qarabağ"dan möhtəşəm qələbə - YENİLƏNDİ
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Vestri" (İslandiya) oyunu bitib.
TodayPress TV xəbər verir ki, Azərbaycan təmsilçisi İslandiya təmsilçisini məğlub edib - 3:0.
21:53
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Vestri" (İslandiya) oyununda üçüncü qol vurulub.
TodayPress TV xəbər verir ki, Azərbaycan təmsilçisi matçda üçüncü qolu vurub.
20:01
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Vestri" (İslandiya) oyununda ilk hissə bitib.
20:47
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Vestri" (İslandiya) oyununda ikinci qol vurulub.
TodayPress TV xəbər verir ki, Azərbaycan təmsilçisi matçda ikinci qolu vurub.
20:30
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Vestri" (İslandiya) oyununda hesab açılıb.
TodayPress TV xəbər verir ki, Azərbaycan təmsilçisi matçda ilk qolu vurub.
20:02
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Vestri" (İslandiya) oyunu başlayıb.
TodayPress TV xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Matçın baş hakimi moldovalı FIFA referisi Roman Jitaridir.
Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 17-də baş tutacaq. Cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq.