TARİXİ PERFORMANS: SİNNER TENNİS DÜNYASINI FƏTH EDİR

TARİXİ PERFORMANS: SİNNER TENNİS DÜNYASINI FƏTH EDİR
13.04.2026 12:33

İtaliyalı tennisçi Yannik Sinner növbəti tarixi uğuruna imza atıb. O, Monte-Karlo “Masters” turnirinin finalında dünya reytinqinin lideri Karlos Alkaras üzərində qələbə qazanıb. Sinner rəqibini 7:6 (7:5), 6:3 hesabı ilə məğlub edərək karyerasında daha bir titul əldə edib.


İTALİYALI TENNİSÇİ 100-CÜ TOP-20 QƏLƏBƏSİ İLƏ TARİX YAZDI


Bu qələbə ilə Sinner Peşəkar Tennisçilər Assosiasiyası (ATP) reytinqinin TOP-20 oyunçularına qarşı 100-cü qalibiyyətini qazanıb. Onun bu göstəricidə 47 məğlubiyyəti də var.

Bir sözlə, apeninli raketka ustası möhtəşəm seriyasını davam etdirir. Yannik Sinnerin “Masters” turnirlərində qazandığı ardıcıl qələbələrin sayı artıq 22-yə çatıb. O, bu uğurdan əvvəl İndian Uells “Masters” və Mayami Open yarışlarında qalib gələrək “Günəş dubli”nə nail olmuşdu. İtaliya peşəkarı həmçinin karyerasında ikinci dəfə torpaq örtüklü kortda çempion olub (ilk titulunu 2022-ci ildə Umaq turnirində qazanmışdı).

SİNNER ARDICIL 7-Cİ FİNAL QƏLƏBƏSİ İLƏ ZİRVƏYƏ QAYITDI


Gənc tennisçi Monte-Karlo uğuru ilə ardıcıl 7-ci finalını qalib başa vurub. Sinner daha əvvəl cari mövsüm Mayami Open və İndian Uells “Masters” turnirlərinin finallarında, həmçinin ötən ildə ATP Finals, Paris “Masters”, Vyana ATP-500 və Pekin “Masters” yarışlarının həlledici görüşlərində qalib gəlib.

Sinnerin son məğlub olduğu final isə US Open 2025 turnirinə təsadüf edir. Həmin görüşdə o, Alkarasa uduzmuşdu.

Yannik son uğuru ilə karyerasında 27-ci titulunu əldə edərək Alkarası (26 titul) geridə qoyub.

SİNNER ƏFSANƏLƏRİN REKORDUNA ÇATDI


Onun daha bir tarixi nailiyyəti isə ardıcıl dördüncü “Masters” titulunu qazanaraq bu göstəricidə Rafael Nadal və Novak Cokoviç kimi əfsanələrə çatmasıdır.

Monte-Karlodakı uğur Yannik Sinnerə yenidən ATP reytinqində 1-ci pilləyə yüksəlmək imkanı verib. Hazırda onun aktivində 13 400 xal var. Alkaras isə 13 240 xalla ikinci pilləyə enib.

Namiq HUN

XƏBƏR LENTİ
30 IYUL 2026
Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 Bütün Xəbərlər