Ronaldu ən yaşlı meydan oyunçusu OLDU

Ronaldu ən yaşlı meydan oyunçusu OLDU
17.06.2026 22:20

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu dünya çempionatları tarixində start heyətində meydana çıxan ən yaşlı meydan oyunçusu olub.

TodayPress TV xəbər verir ki, 41 yaş 132 günlük hücumçu ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatının qrup mərhələsinin I turunda Konqo Demokratik Respublikası yığmasına qarşı matça start heyətində başlayıb.

Beləliklə, Ronaldu mundiallar tarixində start heyətində yer alan ən yaşlı meydan oyunçusu rekordunu yeniləyib. Bu göstəricidə onu yalnız Misir millisinin sabiq qapıçısı Essam Əl-Hadari qabaqlayır. Təcrübəli qolkiper 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında Səudiyyə Ərəbistanı ilə oyunda 45 yaş 161 günlüyündə meydana çıxmışdı.

Qeyd edək ki, Kriştianu Ronaldu karyerası ərzində beş dəfə UEFA Çempionlar Liqasının qalibi olub. O həmçinin Avropa çempionu və UEFA Millətlər Liqasının ikiqat qalibidir. Portuqaliyalı futbolçu milli komandalar tarixində ən çox qol vuran oyunçu rekordunun sahibidir.

Hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən futbolçu daha əvvəl "Sportinq" (Portuqaliya), "Mançester Yunayted" (İngiltərə), "Real" (İspaniya) və "Yuventus" (İtaliya) komandalarının formasını geyinib. O, karyerası ərzində beş dəfə "Qızıl top" mükafatına layiq görülüb.

TodayPress TV

XƏBƏR LENTİ
03 AVQUST 2026
İran Ukraynaya zərbə endirmək istəyirmiş - Son anda buna görə fikrini dəyişib 23:18 İsrail Qəzzadan nə vaxt çıxacaq? - AÇIQLANDI 23:07 SOCAR Gürcüstan zavodunu bu ölkənin nefti ilə təmin edəcək - Rusiya nefti “dəbdən düşdü” 22:54 Tramp İrana son şans verdi: 4 avqusta qədər nə baş verəcək? 22:42 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 22:26 Füzulidə açıq ərazidə yanğın başladı - VİDEO 22:15 Zelenski Azərbaycan haqqında görün, nələr dedi 22:09 Zelenski Ukraynanın ABŞ-dəki səfirini vəzifəsindən azad etdi 21:51 Lənkəranda açıq ərazidə baş verən yanğın söndürüldü 20:12 Bu mərkəzi xəstəxananın direktoru işdən çıxarıldı - Səbəb... 21:39 “Sumqayıt” hazırlıq oyununda “İmişli”yə məğlub oldu 21:30 Azərbaycanlıların da olduğu gəmi VURULDU - TƏCİLİ 21:21 ABŞ-nin keçmiş diplomatından XƏBƏRDARLIQ: "Dünya bu boğazdan asılıdır" 21:07 Rusiyanın müvəqqəti işlər vəkili İsveç XİN-ə çağırıldı 20:51 İstanbulda torpaq sürüşməsi - Dağıntılar altında qalanlar var 20:42 Dənizdə bədbəxt hadisə: 15 yaşlı yeniyetmə BATDI 20:27 Hakan Fidan britaniyalı həmkarı ilə regional böhranları müzakirə etdi 20:21 Ya saziş, ya da tam kapitulyasiya... - Trampdan növbəti ultimatum 20:06 ABŞ Hörmüz boğazından 1000-dən çox gəminin keçidinə dəstək verdi 19:56 Sürücülərin NƏZƏRİNƏ! - Paytaxtın 12 rayonunda genişmiqyaslı təmir 19:51 "Tehran cavab zərbəsindən qorxur" - Netanyahu 19:39 Kiyevə "Patriot" tədarükü ləngiyir - NATO nümayəndəsi açıqladı 19:31 Zakir Həsənov hərbi attaşelərlə görüş keçirdi 19:20 Müharibə Təl-Əvivə neçəyə başa gəlir? - İsrail ordusundan REKORD xərc 19:14 "Turan Tovuz" Türkiyə toplanışında növbəti qələbəsini əldə etdi 19:06 Bütün Xəbərlər