Qrizmann göz yaşları içində “Atletiko” ilə vidalaşdı!

Qrizmann göz yaşları içində “Atletiko” ilə vidalaşdı!
18.05.2026 09:25

Madrid “Atletiko”sunun hücumçusu Antuan Qrizmann klub azarkeşlərinə emosional vida müraciəti edib və “Barselona”ya keçidinə görə üzr istəyib.

TodayPress TV xəbər verir ki, daha əvvəl 35 yaşlı futbolçunun mövsümün sonunda Madrid təmsilçisindən ayrılaraq MLS təmsilçisi “Orlando Siti” klubunda çıxış edəcəyi açıqlanmışdı.

La Liqanın XXXVII turunda “Atletiko” doğma meydanda “Jirona”nı 1:0 hesabı ilə məğlub edib. Qarşılaşmadan sonra azarkeşlərə müraciət edən Qrizmann keçmişdə verdiyi qərara görə peşman olduğunu bildirib.

“İlk növbədə burada qaldığınız üçün sizə təşəkkür edirəm. Bunun mənim üçün çox böyük mənası var. Bilirəm ki, azarkeşlərin bir qismi məni hələ də bağışlamayıb. Amma yenidən üzr istəyirəm. Burada mənə nə qədər dəyər verildiyini anlamırdım. Gənc idim, səhv etdim. Sonra qərarımı dəyişdim və geri qayıdaraq həmin emosiyaları yenidən yaşamaq üçün əlimizdən gələni etdik”, – deyə futbolçu bildirib.

Fransalı hücumçu komanda yoldaşlarına, məşqçilər heyətinə və xüsusilə baş məşqçi Dieqo Simeoneyə təşəkkür edib. O, Simeonenin karyerasını dəyişdiyini vurğulayıb.

Qrizmann həyat yoldaşına və atasına da xüsusi təşəkkür edib: 

“Atam 13 yaşımda məni Fransanın müxtəlif bölgələrinə aparırdı ki, peşəkar komandaya düşə bilim. Bu gün burada olmağımı ona borcluyam”.

Qeyd edək ki, Antuan Qrizmann 2014–2019-cu illərdə “Atletiko”da çıxış edib, daha sonra “Barselona” klubuna transfer olunub. O, 2021-ci ildə yenidən Madrid təmsilçisinə qayıdıb. Hücumçu “Atletiko”nun heyətində Avropa Liqası, UEFA Superkuboku və İspaniya Superkubokunun qalibi olub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Bütün Xəbərlər