Bellinqem 3 ay futboldan uzaq qalacaq

Bellinqem 3 ay futboldan uzaq qalacaq
21.05.2025 10:58 İdman

“Real Madrid” klubunun yarımmüdafiəçisi Cud Bellinqem mövsüm bitdikdən sonra çiyin əməliyyatı olunacaq.   

TodayPress TV xəbər verir ki, bu barədə The Athletic nəşri məlumat yayıb. 

Futbolçu 2023-cü ilin noyabrından etibarən çiyinindəki zədə səbəbilə sabitləyici bandajla oynayır.   

Cərahiyyə əməliyyatı 15 iyun - 13 iyul tarixlərində ABŞ-da keçiriləcək Klublararası Dünya Çempionatından sonra baş tutacaq.  Futbolçunun reabilitasiya prosesi təxminən 12 həftə çəkəcək.

Bellinqem böyük ehtimalla La Liqanın 2025/2026 mövsümünün startını buraxacaq. 

Qeyd edək ki, cari mövsümdə Cud Bellinqem 50 matçda meydana çıxaraq 13 qol vurub və 14 məhsuldar ötürmə edib. Onun “Real Madrid”lə olan müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. 

Namiq HUN

XƏBƏR LENTİ
30 IYUL 2026
Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Bütün Xəbərlər