“Liverpul” azarkeşlərinin üstünə avtomobil sürüldü

“Liverpul” azarkeşlərinin üstünə avtomobil sürüldü
27.05.2025 10:11

İngiltərə Premyer Liqasının 2024/2025 mövsümündə çempion olan “Liverpul” klubunun azarkeşləri qələbəni qeyd edərkən faciəvi hadisə baş verib.   

TodayPress TV BBC-yə istinadən xəbər verir ki, çempionluğun qeyd edildiyi zamanı avtomobil izdihama çırpılıb. 

Hadisədən dərhal sonra şəhərin mərkəzinə çoxlu sayda təcili yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.   

Hadisə ilə bağlı 53 yaşlı bir kişi saxlanılıb.

Onun Liverpuldan yerli sakin olduğu bildirilir. 

Şimal-Qərb təcili yardım xidməti 27 nəfərin xəstəxanaya aparıldığını, yaralılardan ikisinin, o cümlədən bir uşağın ağır xəsarət aldığı bildirilib.

Bundan əlavə, 20 xəstəyə hadisə yerində tibbi yardım göstərilib. Ümumilikdə 4 uşaq xəsarət alıb.

Xatırladaq ki, “Liverpul” aprelin 27-də “Tottenhem” üzərində 5:1 hesablı qələbə qazanaraq vaxtından əvvəl çempionluğu təmin edib.

“Qırmızılar”  bu uğurla “Arsenal” və “Mançester Siti”ni geridə qoyub.   

Qeyd edək ki, klubun qarşıdakı yoldaşlıq oyunları sırasında iyulun 7-də “Milan”la, elə həmin ayın 30-da isə Yaponiyanın “Yokohama” klubu ilə matçlar yer alır.   

Namiq HUN

FOTOLAR

“Liverpul” azarkeşlərinin üstünə avtomobil sürüldü — 1
“Liverpul” azarkeşlərinin üstünə avtomobil sürüldü — 2
XƏBƏR LENTİ
04 AVQUST 2026
Fransada çaylar bir-bir quruyur 23:35 Alimlərdən xəbərdarlıq: 2030-a qədər hər şey dəyişə bilər 22:34 Qanada plastik tullantılardan bunu düzəltdilər - Görənlər təəccübləndi 22:21 Ceki Çan Azərbaycandadır 00:50 İrandan ABŞ-yə: “Keçməyə imkan verməyəcəyik, vuracağıq!” 01:25 DSX-nin təqaüddə olan polkovniki vəfat etdi - FOTO 01:13 Ukraynanın ABŞ-dəki yeni səfiri o ola bilər 00:42 Qəzzada sülhlə bağlı YENİ ADDIM: Türkiyə-HƏMAS görüşünün detalları 00:31 Nəriman Axundzadə Türkiyə klubuna keçdi 00:09 ABŞ əvvəlcə İranın şərtlərini qəbul edib, amma sonra… 23:57 İstanbul məktəblərində YENİ QƏRAR: Məscidlər yaradılacaq 23:41 “NATO-ya Rusiyanın yarısı olmaq üçün hələ 12 il lazımdır” - Zalujnı 23:28 İran Ukraynaya zərbə endirmək istəyirmiş - Son anda buna görə fikrini dəyişib 23:18 İsrail Qəzzadan nə vaxt çıxacaq? - AÇIQLANDI 23:07 SOCAR Gürcüstan zavodunu bu ölkənin nefti ilə təmin edəcək - Rusiya nefti “dəbdən düşdü” 22:54 Tramp İrana son şans verdi: 4 avqusta qədər nə baş verəcək? 22:42 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 22:26 Füzulidə açıq ərazidə yanğın başladı - VİDEO 22:15 Zelenski Azərbaycan haqqında görün, nələr dedi 22:09 Zelenski Ukraynanın ABŞ-dəki səfirini vəzifəsindən azad etdi 21:51 Lənkəranda açıq ərazidə baş verən yanğın söndürüldü 20:12 Bu mərkəzi xəstəxananın direktoru işdən çıxarıldı - Səbəb... 21:39 “Sumqayıt” hazırlıq oyununda “İmişli”yə məğlub oldu 21:30 Azərbaycanlıların da olduğu gəmi VURULDU - TƏCİLİ 21:21 ABŞ-nin keçmiş diplomatından XƏBƏRDARLIQ: "Dünya bu boğazdan asılıdır" 21:07 Bütün Xəbərlər