Konor Makqreqor: “Məni satın almaq mümkün deyil”

Konor Makqreqor: “Məni satın almaq mümkün deyil”
02.08.2025 11:06

Məşhur irlandiyalı UFC döyüşçüsü, iki çəki dərəcəsində sabiq dünya çempionu Konor Makqreqor 2025-ci ilin noyabrında keçiriləcək İrlandiya prezident seçkiləri ərəfəsində xalqına müraciət edib. 

TodayPress TV xəbər verir ki, 37 yaşlı idmançı sosial şəbəkədə yaydığı bəyanatda özünün prezidentliyə iddialı olduğunu təsdiqləyib.

“İRLANDİYA! Bütün sərvətim sonsuzdur, həyatım və mirasım da bir o qədər əhəmiyyətlidir. Prezident Makqreqor nə deməkdir? Bu deməkdir:

1. Məni satın almaq mümkün deyil.

2. Mənə təzyiq göstərmək, şantaj etmək mümkün deyil.

3. Mən maddi cəhətdən təmin olunmuşam və heç kimə satılmıram.

4. Terrorçularla heç vaxt masa arxasında oturmuram və təzyiqlərə boyun əymirəm. Bu, artıq sübut olunub.

Məni prezident təyin etmək ölkəmiz üçün lazım olan qərardır. Mən — dərmanam,” – deyə Makqreqor bildirib.

O, bəyanatında bu sözlərinin ilk baxışda çılğın səslənə biləcəyini etiraf etsə də, ciddi şəkildə seçkiyə qatılacağını vurğulayıb:

“Məni dayandırmağa çalışan əlləri görürsünüz. Ancaq inanın, mən təsəvvür edə bilməyəcəyiniz qədər güclüyəm. Bu sözlərim havadan gəlmir. Güclü komandamız artıq formalaşıb, seçkilərdə namizədliyimizi irəli sürəcəyik və qalib gələcəyik. Sizdən istədiyim sadəcə budur: Konor Makqreqora səs verin!”

Xatırladaq ki, Makqreqor İrlandiyada və bütün dünyada təkcə idmançı kimi deyil, həm də qalmaqallı çıxışları və qeyri-adi addımları ilə tanınır. Onun prezidentliyə namizədliyi ciddi ictimai rezonansa səbəb olub.

Namiq HUN

XƏBƏR LENTİ
06 AVQUST 2026
Ukrayna PUA-ları Rusiyanın iri neft zavodunu vurdu – VİDEO 08:28 Ceyhun Bayramov Ukraynada rəsmi səfərdədir 08:11 "Real Madrid" transfer rekordunu təzələdi - 140 milyon avroluq razılaşma! 01:41 Sevərək yediyimiz bu ikili hansı xəstəliklərə səbəb olur? 01:34 Avtomobil nəhəngləri kütləvi PUA istehsalına başladı 01:27 "Nyukasl"a yeni baş məşqçi təyin edildi 01:09 Avropa Mərkəzi Bankının prezidenti vəzifəsinə yeni NAMİZƏD 00:33 Yoğurt həmişə faydalı deyilmiş: Mədə problemi olanlara XƏBƏRDARLIQ 00:39 DİQQƏT! - Bu ərazilərdə işıq olmayacaq 00:44 Pentaqon 25 illik silah arxivinə qadağa qoydu! - Səbəb nədir? 01:19 Sulutəpədə avtoservisdə YANĞIN baş verdi 00:49 UEFA Çempionlar Liqası: "Fənərbağça" qələbə qazandı 00:29 Yəmən sahillərində raket hücumu - Neft gəmisi hədəf alındı! 00:00 4 mərtəbəli bina UÇDU - Axtarış işləri aparılır 23:54 "ABŞ və İsrail İranı 48 saat ərzində ələ keçirmək istəyirdi" - Pezeşkian 23:42 Sürücülərin NƏZƏRİNƏ!: Bakının daha üç küçəsində təmir işləri aparılacaq 23:30 Zelenskinin vəzifədən azad etdiyi Ukraynalı diplomata YENİ İTTİHAM 23:07 Çempionlar Liqası: "Sabah" səfərdə "Orhus"a məğlub oldu 21:13 Omanla danışıqlar yekunlaşır! - Qəribabadi AÇIQLADI 23:03 Ebola epidemiyası 2 dəfə sürətlə yayılır! - ÜST rəhbərindən XƏBƏRDARLIQ 22:51 Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi bu imiş 22:40 Bakıda məscid ərazisində baş verən yanğın söndürüldü - YENİLƏNİB 21:54 "Nə lazımdırsa edəcəyik!" - Netanyahu nə planlaşdırır? 22:21 Rutte Ukrayna üçün raket axtarışını SÜRƏTLƏNDİRİR - Müttəfiqlər ayağa qaldırıldı 22:09 İran XİN: ABŞ-dən mesajlar almışıq! 21:57 Bütün Xəbərlər