Jordi Alba: “Getmək üçün indi ən doğru zamandır”

Jordi Alba: “Getmək üçün indi ən doğru zamandır”
11.10.2025 11:00

“İnter Mayami” klubunun müdafiəçisi Jordi Alba cari mövsümün sonunda futbolçu karyerasını başa vurmaq qərarını şərh edib.

TodayPress TV xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

“Mən may ayında müqaviləni uzatmışdım, amma qərarı bundan xeyli əvvəl vermişdim - çox düşündüm, hər şeyi ölçüb-biçdim. Təxminən üç-dörd həftə əvvəl bu barədə həm klub, həm də yığmaya məlumat vermişəm. Fiziki cəhətdən özümü yaxşı hiss edirəm, lakin bu qərarın ən düzgün və ədalətli addım olduğuna inandım. Qərarı tamamilə özüm verdim, heç bir təzyiq olmayıb.

Hər bir insan fikrini dəyişə bilər. Mən başa düşdüm ki, artıq komandaya tam gücümlə kömək edə bilməyəcəyim bir vəziyyətə çatmışam. Belə halda getmək daha doğrudur. Hesab edirəm ki, indi bunun üçün ən münasib zamandır”, - Alba deyib. 

Qeyd edək ki, 36 yaşlı ispaniyalı futbolçu karyerasının böyük hissəsini “Barselona”da keçirib və klubun “qızıl dövrü”nün simalarından biri olub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
Qədim Roma teatrı deyə turistləri apardı: Abidəni özü tikibmiş 23:05 Çinlilər səhranın ortasında meşə saldılar 22:48 Tramp: “Bütün dünya məhv olacaq” 00:38 Fedorov: “Öz ballistik raketimiz hədəfi birbaşa vurdu” 00:33 “Xəzər dənizini münaqişə zonasına çevirməyin!” - Türkiyədən kritik çağırış 00:13 Tramp Ukraynaya hücumlar barədə danışdı: “Bizi okean ayırır” 00:52 Ərdoğan Ər-Riyadda bu liderlərlə görüşəcək 00:05 “Qarabağ” istiyə görə uduzdu? - Qurbanovdan AÇIQLAMA 23:41 Hörmüzdə iki güclü partlayış: İran “düşmən hədəflərinə” zərbə endirdi 23:52 TƏCİLİ: İraq ordusu döyüşə hazır vəziyyətə gətirildi 23:48 Pezeşkian müharibə planını açıqladı: Qonşu ölkələr nə etdi? 23:37 Qalibaf ABŞ-ni hədələdi: “Kütləvi hücum gəlir” 22:43 Azərbaycanlı sürücülər günlərlə sərhəddə qaldı - Gürcüstan hərəkətə keçdi 22:53 “Qarabağ” “Dinamo”ya uduzdu 22:59 Velosiped sürən azyaşlı traktorun altında qaldı - İmişlidə dəhşətli hadisə 22:16 İran bu ölkələr üçün Hörmüzün “qapısını” bağlayır 22:12 Nazir Kiyevdə Azərbaycan səfirliyinə getdi - Görüşün DETALLARI 22:30 Zelenski və Ceyhun Bayramov nələri müzakirə etdilər? - Detallar - VİDEO - YENİLƏNDİ 20:33 ABŞ İran gəmilərini Hörmüzün “boğazında” qoydu 22:07 ABŞ-dən Avropaya: “Artıq təhlükəsizliyinizi özünüz də qoruyun” 22:01 Çimərlik voleybolu üzrə ölkə çempionatında yarımfinal mərhələsi başa çatdı 21:58 Dəməşqdə mikroavtobus partladı, ölənlər var 21:50 "İranın nüvə silahına yiyələnməməsi üçün əməliyyat uğurla gedir" - Tramp 21:44 Sürücülərin NƏZƏRİNƏ! Paytaxtın iki küçəsində hərəkət məhdudlaşdırılacaq 21:35 UEFA Konfrans Liqası: "Qarabağ" "Dinamo" ilə matçda geriyə düşüb 21:10 Bütün Xəbərlər