“Formula-1” yeni dövrə çətinliklərlə başlayır

“Formula-1” yeni dövrə çətinliklərlə başlayır
24.02.2026 15:12

“Formula-1” Komissiyası 2026-cı il mövsümünün əvvəlində bolidlərin texniki problemlərlə üzləşəcəyi ehtimalını nəzərə alaraq ehtiyat planı hazırlayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə Autoracer məlumat yayıb.

Bildirilib ki, əsas problem enerji çatışmazlığıdır. Yeni güc qurğularında istilik enerjisinin rekuperasiya sistemi ləğv edildiyi üçün bolidlər dövrə ərzində elektrik enerjisinin tam gücünü davamlı şəkildə təmin edə bilmir. Pilotlar xüsusilə sürətli traslarda güc itkisi riskindən narahatdırlar. 

Kompromis variant kimi rekuperasiya sisteminin maksimal gücünün müvəqqəti azaldılması təklif olunur. Layihəyə əsasən 350 kVt nəzərdə tutulan limit 300 kVt və ya daha aşağı səviyyəyə endirilə bilər.

“B planı” elektrik payının maksimal gücdəki payının dəyişdirilməsini nəzərdə tutur ki, bu da rekuperasiya sisteminin daha uzunmüddətli istifadəsinə və bolidlərin idarəetməsinin daha stabil olmasına imkan verəcək. Bunun nəticəsində bir dövrədə 1,5–2,5 saniyəlik sürət itkisi mümkündür.

Bəhreyndə keçirilən testlər zamanı komandalar 50, 100 və 150 kVt-lıq süni güc məhdudiyyəti şəraitində məlumat toplayıblar. Ekspertlərin fikrincə, bu addımlar bolidlərin ümumi sürətinə ciddi təsir göstərməsə də, pilotların ənənəvi idarəetmə üslubunu qorumağa kömək edə bilər.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
"Ağ Ev sənin şəxsi mülkün deyil!" - Məhkəmədən Trampı qəzəbləndirəcək bəyanat 23:07 Adını dəyişib kredit borcundan yayınmaq mümkündür? - Hüquqşünasdan XƏBƏRDARLIQ 22:52 "Özümüzə güvənməyin vaxtıdır" - Əraqçi 22:46 Dunay çayı quruyur, istilər artır - Rumıniya hansı tədbirləri görəcək? 22:33 Luka Zidan "Qranada" ilə müqaviləsini LƏĞV ETDİ 22:17 Qara dənizdə Türkiyə gəmisi VURULDU 22:11 22:10 Sadəcə qələbə kifayət deyil: Azərbaycan Cənubi Qafqazın oyun qaydasını necə yenidən yazdı? 22:03 Cəbrayılın iki kəndi alova büründü 21:52 Yaxın günlərdə ATƏŞKƏS ola bilər - Bessent ELAN ETDİ 21:47 Səudiyyə Ərəbistanı ABŞ tankerlərindən imtina edir - İDDİA 21:35 İranda PARTLAYIŞ: Hərbçilər hədəf alındı, ölənlər var 21:31 Rusiya və İrana qarşı yeni sanksiyalar TƏSDİQLƏNDİ 21:18 Qırmızı dənizdə neft tankerinə hücumun qarşısı alındı - DETALLAR 21:09 ABŞ-dən İrana yeni ZƏRBƏ: Yüz milyonlarla dollarlıq maliyyə şəbəkəsi hədəfdə! 21:04 Zelenski Serbiyaya İLK rəsmi səfərini etdi! 20:52 Türkmənistana gedənlərin NƏZƏRİNƏ: Artıq növbədə gözləməyə son qoyuldu! 20:43 Laçında yaşayış evlərinin yaxınlığında YANĞIN baş verdi 20:34 Rəşad Dağlı azadlığa çıxır? - Çingiz Qənizadə AÇIQLADI 20:24 Belçika Qrenlandiyaya hərbçi göndərir - Müdafiə naziri ELAN ETDİ 20:13 Türkiyədən Azərbaycana elektrik məhsulları idxalı 37% artdı 20:05 Rusiya "Yujnı" limanını və iki yük gəmisini VURDU! 19:47 17 yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundu 19:41 Axmat Kadırova Çeçenistan Respublikasının Qəhrəmanı adı verildi 19:36 "Real Madrid"in argentinalı ulduzu İtaliyaya yollandı! 19:28 Bütün Xəbərlər