Doku: “Çempionluq barədə düşünmürük”

Doku: “Çempionluq barədə düşünmürük”
08.01.2026 09:20

“Mançester Siti” klubunun vingeri Jeremi Doku Premyer Liqanın (APL) XXI turunda “Brayton”la ev oyununda qeydə alınan heç-heçə (1:1) ilə bağlı fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Doku BBC-yə açıqlamasında bildirib.

“Evdə heç-heçə heç vaxt yaxşı nəticə deyil. Biz narazıyıq. Üç xal qazanmaq istəyirdik. Komanda real qol epizodları yaratmalıdır. Vurulan bir qoldan sonra davamını gətirməkdə çətinlik çəkirik. Əgər bunu etsəydik, hekayə fərqli ola bilərdi, son üç oyunda qələbə qazana bilərdik… Çempionluq uğrunda mübarizə barədə düşünməməyə çalışırıq. Diqqətimizi öz oyunumuza və daha çox qol vurmağa yönəldirik”, - deyə Doku “Mançester Siti”nin APL-də uğursuz seriyasına münasibət bildirib.

“Brayton”la oyunda xal itkisi ispaniyalı mütəxəssis Xosep Qvardiolanın rəhbərlik etdiyi komanda üçün ardıcıl üçüncü heç-heçə olub. “Mançester Siti” 43 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Şəhərlilər” lider “Arsenal”dan beş xal geri qalır və ehtiyatda bir oyunu var.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 Bütün Xəbərlər