Azərbaycanın güləş üzrə milli komandaları hazırlıq prosesini davam etdirir

Azərbaycanın güləş üzrə milli komandaları hazırlıq prosesini davam etdirir
23.03.2026 14:16

Azərbaycanın güləş üzrə milliləri qarşıdan gələn mühüm yarışlara hazırlıqları müxtəlif məkanlarda davam etdirir.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Qadın güləşi üzrə yığma Göygöldə təlim-məşq toplanışı keçir. Martın 22-də start götürən hazırlıq prosesi aprelin 4-dək davam edəcək. Göygöl Olimpiya İdman Kompleksində təşkil edilən toplanışda baş məşqçi əvəzi Toğrul Əsgərov, böyük məşqçi Ağahüseyn Mustafayev və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında 12 güləşçi iştirak edir.

Sərbəst güləş üzrə U-20 millisi də eyni məkanda toplanışı davam etdirir. Martın 15-də başlayan məşqlər 14 gün davam edəcək. Toplanışda böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev və Nazim Əlicanovun rəhbərliyi altında 20 güləşçi yer alıb.

Yunan-Roma güləşi üzrə U-17 seçməsi martın 15-dən Qazaxıstanın Almatı şəhərində Özbəkistan, Türkmənistan və Tacikistan komandalarıyla birgə toplanış keçir. Ayın 26-dək davam edəcək hazırlıq prosesində böyük məşqçi Rafiq Hüseynov, məşqçilər Kamran Məmmədov və Zöhrab Abbasovun rəhbərliyi altında 22 güləşçi iştirak edir.

Bu yaş qrupu üzrə sərbəst güləş yığması isə Xaçmaza yollanacaq. Martın 27-dən aprelin 9-dək böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov, Yaşar Əliyev və Allahverdi Vəliyevin rəhbərliyi altında 30 idmançı Xaçmaz Olimpiya İdman Kompleksində qarşıdakı yarışlara hazırlaşacaq

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Bütün Xəbərlər