2026 mundialında oyunun tempini artıracaq yeni qərarlar

2026 mundialında oyunun tempini artıracaq yeni qərarlar
13.03.2026 14:49

FIFA 2026-cı il dünya çempionatında rəsmi olaraq tətbiq ediləcək futbol qaydalarına dəyişiklikləri təsdiqləyib.

TodayPress TV xəbər verir ki, dörd əsas dəyişiklik komandaları daha dinamik oynamağa təşviq etməyə yönəlib.

Sərt əvəzetmə limiti (10 saniyəlik qayda): Əvəzlənən futbolçu 10 saniyə ərzində meydanı tərk etməlidir. Bu müddət aşılarsa, onu əvəz edən oyunçu meydanın kənarında 1 dəqiqə gözləməli olacaq.

Topun oyuna daxil edilməsi üçün 5 saniyəlik qayda: Futbolçulara topu oyuna daxil etmək və ya qapıdan zərbə vurmaq üçün 5 saniyə vaxt veriləcək. Qayda pozularsa, topa sahiblik avtomatik olaraq rəqib komandaya keçəcək.

Tibbi vaxt: Tibbi yardım alan futbolçular meydanı tərk etməlidirlər. Oyun bərpa edildikdən yalnız 1 dəqiqə sonra onların yenidən meydana qayıtmasına icazə veriləcək.

VAR səlahiyyətlərinin genişləndirilməsi: Video köməkçi hakim (VAR) ikinci sarı vərəqə ilə nəticələnən epizodları nəzərdən keçirəcək. Həmçinin künc zərbəsi qərarlarını da yoxlamaq səlahiyyətinə malik olacaq.

Qeyd edək ki, bu islahatların əsas məqsədi oyunun tempini artırmaq və vaxtın qəsdən uzadılması taktikasını minimuma endirməkdir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
05 AVQUST 2026
“Orhus” - “Sabah” oyununun vaxtı dəyişdirildi 20:31 ABŞ “dənizin altına” sərmayə qoydu: 76,6 milyard dollar 20:24 Kanala girən 14 yaşlı oğlandan xəbər yoxdur - Fövqəladə Hallar hərəkətə keçdi 20:10 Türkiyə mediası Hacıyevin fikirlərini təhrif etdi - FOTO 19:56 Gürcüstanda universitetlər pulsuz olacaq, amma bir şərtlə! 19:51 İran və Oman Hörmüzü “qorumağa” hazırlaşır: ABŞ də siyahıdadır 19:31 Azərbaycan Mərakeşdə xüsusi status qazandı - “Fəxri ölkə” 19:23 Ben-Qvir vəzifəsini itirəcək? Netanyahu açıqlama verdi 19:17 Metrodan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR! 19:05 Moldovada kritik vəziyyət: Ölkə su ehtiyatlarını işə saldı 18:52 Borcu vardı, amma möhlət də verilmişdi: İranda neft şirkətinin hesabları niyə bağlandı? 18:37 ABŞ geri addım atdı: Sanksiyalar yığışdırıldı 18:22 Bakı metrosunda 10 yeni stansiya: Sərnişinlərə ŞAD XƏBƏR 18:18 Sürücülərin DİQQƏTİNƏ! Bu yollarda tıxac var - SİYAHI 18:11 Uzun fasilə bitdi: Mudrik yenidən yaşıl meydanda! 17:43 Maks Ferstappen komanda rəhbərinə heyranlığını gizlətmədi 17:21 Müharibənin taleyini dəyişdirəcək qərar - Tramp Zelenskini çıxılmaz vəziyyətdə qoydu 17:24 Şirvan kanalı bərpa edildi 17:11 Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək 17:03 “Uilyams” çıxış yolunu gələcək mövsümdə axtarır 16:45 İstidə təkcə bədən yox, dişlər də susuz qalır 16:33 Nigar Fərhadın əri həbs edildi 16:26 Yaş artdıqca niyə qida zövqümüz dəyişir? 16:21 Kobaxidze Abxaziya ilə bağlı təşəkkür etdi 16:12 “Hall Siti”dən səs-küylü transfer: “Olimpiakos”un qapıçısı İngiltərəyə yollandı 16:11 Bütün Xəbərlər