Sosial Xidmətlər Agentliyi Şəkidə “Birgə Gün” adlı inklüziv tədbir keçirdi

Sosial Xidmətlər Agentliyi Şəkidə “Birgə Gün” adlı inklüziv tədbir keçirdi
23.05.2025 16:55 Sosial

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Şəki şəhərində inklüziv sosial-mədəni tədbir keçirilib. 

TodayPress TV xəbər verir ki, “Birgə Gün” adlanan tədbirdə uşaq evinin azyaşlı sakinləri, evdə (səyyar) sosial xidmət göstərilən ahıllar, əlilliyi olan şəxslər və həssas kateqoriyadan olan digər vətəndaşlar iştirak ediblər. 

Tədbirdə uşaqların əl işlərindən ibarət sərgi, ahılların və uşaqların birgə iştirak etdiyi kulinariya və sənətkarlıq nümunələri, canlı musiqi və rəqs çıxışları təqdim olunub.

Əlilliyi olan şəxslərin, ahılların və uşaqların birgə ifaları isə tədbirə xüsusi rəng qatıb. 

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov çıxışında tədbirin həm inklüzivlik, həm də həmrəylik baxımından böyük əhəmiyyət daşıdığını bildirib.   

Şəki Şəhər İcra Hakimiyyətinin başçısının müavini Elman İmamverdiyev tədbirin həssas qruplardan olan şəxslərin asudə vaxtlarını səmərəli və faydalı keçirməsi, eləcə də onların cəmiyyətə inteqrasiyasında rolunu vurğulayıb.   

“Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunda yerləşən “Yuxarı Karvansaray” mehmanxana kompleksində təşkil olunan tədbir çərçivəsində samovar çayı süfrəsi ətrafında aparılan söhbətlər tədbirin ən yadda qalan məqamlarından olub.

Ahıllarla uşaqların tədbir zamanı birgə hazırladığı əl işləri qonaqlar tərəfindən maraqla qarşılanıb.

FOTOLAR

Sosial Xidmətlər Agentliyi Şəkidə “Birgə Gün” adlı inklüziv tədbir keçirdi — 1
Sosial Xidmətlər Agentliyi Şəkidə “Birgə Gün” adlı inklüziv tədbir keçirdi — 2
Sosial Xidmətlər Agentliyi Şəkidə “Birgə Gün” adlı inklüziv tədbir keçirdi — 3
Sosial Xidmətlər Agentliyi Şəkidə “Birgə Gün” adlı inklüziv tədbir keçirdi — 4
Sosial Xidmətlər Agentliyi Şəkidə “Birgə Gün” adlı inklüziv tədbir keçirdi — 5
Sosial Xidmətlər Agentliyi Şəkidə “Birgə Gün” adlı inklüziv tədbir keçirdi — 6
Sosial Xidmətlər Agentliyi Şəkidə “Birgə Gün” adlı inklüziv tədbir keçirdi — 7
Sosial Xidmətlər Agentliyi Şəkidə “Birgə Gün” adlı inklüziv tədbir keçirdi — 8
Sosial Xidmətlər Agentliyi Şəkidə “Birgə Gün” adlı inklüziv tədbir keçirdi — 9
XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər