Azərbaycanda yeni ailə quranlara pul veriləcək?

Azərbaycanda yeni ailə quranlara pul veriləcək?
14.01.2026 10:22 Sosial

"Türkiyədə “Ailə ili” çərçivəsində gənc ailələrə göstərilən genişmiqyaslı dövlət dəstəyi Azərbaycanda da demoqrafik siyasətin gücləndirilməsi zərurətini ön plana çıxarır".

Bu barədə sosioloq Üzeyir Şəfiyev TodayPress TV-yə açıqlamasında bildirib.


Onun sözlərinə görə, Türkiyədə ailə institutunun qorunması və doğum səviyyəsinin artırılması məqsədilə mühüm sosial mexanizmlər tətbiq olunur. 

"Bələdiyyələr və dövlət qurumları tərəfindən yeni ailələrin toy xərcləri qarşılanır, gənc ailələrə güzəştli və faizsiz kreditlər verilir. Bu kreditlər əsasən mənzil problemlərinin həlli üçün nəzərdə tutulur və ödənişlər yalnız 4 ildən sonra, mərhələli və güzəştli şərtlərlə başlayır. Paralel olaraq, gənclərin məşğulluğunu artırmaq üçün marafonlar və müxtəlif stimullaşdırıcı tədbirlər həyata keçirilir".

Sosioloq vurğulayıb ki, bu siyasət birbaşa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın demoqrafik artımı təşviq edən strateji yanaşmasına əsaslanır. 

"Prezident çıxışlarında ailə modelində minimum üç uşağın vacibliyini qeyd edir. Məqsəd ölkədə yeni doğulanların sayında müşahidə olunan azalma tendensiyasını zəiflətmək və gələcəkdə əhalinin qocalması riskini azaltmaqdır. Oxşar demoqrafik risklər Azərbaycanda da açıq şəkildə görünür və vəziyyət artıq narahatedici mərhələyə daxil olub. Son 5 ildə ölkə əhalisi 39 min nəfər azalıb. Son 22 ildə əhali 26,4 faiz artsa da, ahılların sayının 99 faizdən 140 faizə yüksəlməsi yaxın və orta perspektivdə əhalinin qocalması ehtimalını artırır. Xüsusilə 2023-2024-cü illərdə təbii artımda azalma tendensiyasının davam etməsi ciddi siqnaldır".

Ekspertin fikrincə, bu göstəricilər Azərbaycanda demoqrafik təşviq siyasətinin artıq seçim deyil, zərurət olduğunu göstərir:

"İctimai müzakirələrdə "uşaqpulu" müavinətlərinin bərpası, gənclərin məşğulluğunun artırılması, mənzil və məişət şəraitinin yaxşılaşdırılması əsas təkliflər kimi irəli sürülür. Azərbaycanda mövcud olan güzəştli mənzil fondu və kredit mexanizmləri mühüm addımdır, lakin onların əhatə dairəsinin genişləndirilməsi daha effektiv nəticə verə bilər.

Eyni zamanda regionlarda gənclərin məşğulluğunun artırılması, sahibkarlığın təşviqi, torpaq sahələrinin və faizsiz kreditlərin verilməsi təklif olunur. Bu, həm gənclərin öz yaşayış şəraitini qurmasına, həm də regionlardan paytaxta miqrasiyanın qarşısının alınmasına xidmət edə bilər. Yeni ailələrə iş karyerasında üstünlüklərin verilməsi və ailə institutunun cəmiyyətdə nüfuzunun artırılması da xüsusi əhəmiyyət daşıyır".

Üzeyir Şəfiyev diqqətə çatdırıb ki, “çoxuşaqlı ailə” anlayışına yenidən baxılması da vacibdir. Hazırda beş və daha çox uşağı olan ailələr bu statusu daşıyır. Halbuki üç və daha çox uşağı olan ailələrin də bu kateqoriyaya daxil edilməsi yeni qurulan ailələr üçün əlavə sosial stimullar yarada bilər.

"Azərbaycanda kompleks və ardıcıl demoqrafik təşviq siyasətinin həyata keçirilməsi təbii artımın sabitləşdirilməsi, əmək bazarının gücləndirilməsi, genofondun qorunması və ölkəyə potensial miqrant axınının qarşısının alınması baxımından strateji əhəmiyyət kəsb edir".

Qeyd edək ki, Türkiyədə yeni ailə quracaq ehtiyaclı gənclərə maddi yardım göstəriləcək. Diyanət İşləri İdarəsinin məlumatına görə, yardım almaq üçün 18-35 yaş arası gənclər müvafiq dövlət qurumuna müraciət etməlidirlər. Yardım alacaq şəxslərin gəliri minimum maaşdan çox olmamalıdır. Şərtlərə uyğun gələn gənclərə veriləcək yardımın məbləği 500 min lirə təşkil edir ki, bu da təxminən 19 min manata bərabərdir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Bütün Xəbərlər