Anar Əliyev BSTA Baş katibi ilə görüşdü

Anar Əliyev BSTA Baş katibi ilə görüşdü
29.05.2025 15:11 Sosial

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevlə Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Baş katibi Marselo Abi-Ramia Kaetanonun görüşü olub. 

TodayPress TV xəbər verir ki, görüş Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Bakıda “Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması” mövzusunda birgə təşkil etdiyi beynəlxalq konfrans çərçivəsində keçirilib. 

Anar Əliyev son illər ölkəmizin sosial təminat sistemində aparılan islahatların nailiyyətlərini, sosial islahatlar prosesində BSTA ilə əməkdaşlığa xüsusi önəm verildiyini diqqətə çatdırıb.

Bu Təşkilatın üzv ölkələrdə sosial təminat sistemlərinin mütərəqqi təcrübələrə uyğun təkmilləşdirilməsində önəmli dəstəyi vurğulanıb. 

Nazirlik və qurumları ilə BSTA-nın əməkdaşlığının daim genişləndiyi, ötən il DSMF ilə BSTA arasında imzalanan əməkdaşlıq sənədinin əlaqələrin genişlənməsinə xidmət etdiyi qeyd olunub. 

Marselo Abi-Ramia Kaetano rəhbəri olduğu Təşkilatın ölkəmizdə aparılan davamlı sosial islahatları yüksək dəylərləndirdiyini, Nazirlik və qurumlarının BSTA ilə fəal əməkdaşlığından məmnunluğunu qeyd edib. 

O, hazırda Bakıda keçirilən, sosial müdafiə sistemlərinin müasir çağırışlara uyğunlaşdırılmasına həsr olunan beynəlxalq konfransın əhəmiyyətini vurğulayıb. 

Görüşdə BSTA ilə Nazirlik arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

FOTOLAR

Anar Əliyev BSTA Baş katibi ilə görüşdü — 1
XƏBƏR LENTİ
15 IYUN 2026
İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Bütün Xəbərlər