Türkiyə ilə sosial xidmətlər sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıldı

Türkiyə ilə sosial xidmətlər sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıldı
13.06.2025 11:53 Sosial

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və ölkəmizdə səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş arasında işçi şam yeməyi əsnasında görüş olub.

TodayPress TV xəbər verir ki, Mahinur Özdemir Göktaş Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirləri və qurum rəhbərlərinin “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi dəyərlər” mövzusunda Bakıda keçirilən 2-ci iclasında iştirak etmək üçün Azərbaycanda səfərdədir.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə səyləri nəticəsində iki ölkə arasında əlaqələrin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyi vurğulanıb. İkitərəfli əməkdaşlığımızın bütün sahələrdə, o cümlədən sosial sahədə daim genişlənməkdə olduğu qeyd edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumunun tətbiqinə dair 2024-2025-ci illər üzrə Fəaliyyət Planı üzrə görülən işlərdən bəhs olunub.

Əməkdaşlığın intensivləşdiyi və birgə tədbirlərin uğurla davam etdiyi nəzərə alınmaqla növbəti illər üzrə yeni Fəaliyyət Planının hazırlanmasına, gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

XƏBƏR LENTİ
31 IYUL 2026
“Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Bütün Xəbərlər