SXA-nın fəaliyyətinin 5 iliyinə həsr olunmuş “Bir qucaq qayğı” festivalı keçirildi

SXA-nın fəaliyyətinin 5 iliyinə həsr olunmuş “Bir qucaq qayğı” festivalı keçirildi
01.07.2025 12:13

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başlamasının 5 illiyi münasibətilə “Bir qucaq qayğı” festivalı keçirilib.

Bu barədə TodayPress TV-yə ƏƏSMN-dən məlumat verilib.

Tədbir yubiley xarakteri daşımaqla yanaşı, uşaqların isti ailə mühitində böyüməsinin önəmini vurğulamaq məqsədilə təşkil olunub.

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev son illər sosial sahədə həyata keçirilən genişmiqyaslı islahatlar haqqında məlumat verib. O, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həssas əhali qruplarına, xüsusilə də uşaqlara göstərdiyi diqqət və qayğıdan bəhs edib.

Millət vəkili Mehriban Vəliyeva uşaqların cəmiyyətə inteqrasiyasında sosial dəstək tədbirlərinin mühüm rol oynadığını bildirib. Xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı təmin olunan bu kimi tədbirlərin əhəmiyyətini qeyd edib.

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov qurumun ötən dövrdə həssas əhali qruplarından olan şəxslərin sosial xidmətlərlə təmin edilməsi istiqamətində gördüyü işləri, həyata keçirdiyi layihələri diqqətə çatdırıb.

“Bir qucaq qayğı” festivalının məqsədi dövlət qayğısı ilə əhatə olunmuş uşaqların cəmiyyətə inteqrasiyasını təşviq etmək, onların bacarıq və istedadlarını nümayiş etdirmək olub. Tədbirdə Agentliyin müxtəlif sosial xidmət müəssisələrinin azyaşlı sakinləri və digər benefisiarları çıxış ediblər. Onların ifasında bir-birindən gözəl mahnılar və rəqs nümunələri təqdim olunub.

Maraqlı anlarla yadda qalan festivalda dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, jurnalistlər, benefisiarlar, eləcə də sənət adamları iştirak ediblər. Xalq artisti Faiq Ağayev, müğənni Murad Arif və digər sənətçilərin çıxışları tədbirə xüsusi rəng qatıb, uşaqların sevincini daha da artırıb.

Festival çərçivəsində benefisiarların əl işlərindən ibarət sərgi təşkil olunub, interaktiv guşələr, master-klasslar həyata keçirilib. Agentliyin müxtəlif xidmət istiqamətlərinə həsr olunmuş guşələrdə 5 il ərzində görülən işlər, təqdim edilən xidmətlər barədə ətraflı məlumat verilib.

FOTOLAR

SXA-nın fəaliyyətinin 5 iliyinə həsr olunmuş “Bir qucaq qayğı” festivalı keçirildi — 1
SXA-nın fəaliyyətinin 5 iliyinə həsr olunmuş “Bir qucaq qayğı” festivalı keçirildi — 2
SXA-nın fəaliyyətinin 5 iliyinə həsr olunmuş “Bir qucaq qayğı” festivalı keçirildi — 3
SXA-nın fəaliyyətinin 5 iliyinə həsr olunmuş “Bir qucaq qayğı” festivalı keçirildi — 4
SXA-nın fəaliyyətinin 5 iliyinə həsr olunmuş “Bir qucaq qayğı” festivalı keçirildi — 5
SXA-nın fəaliyyətinin 5 iliyinə həsr olunmuş “Bir qucaq qayğı” festivalı keçirildi — 6
SXA-nın fəaliyyətinin 5 iliyinə həsr olunmuş “Bir qucaq qayğı” festivalı keçirildi — 7
SXA-nın fəaliyyətinin 5 iliyinə həsr olunmuş “Bir qucaq qayğı” festivalı keçirildi — 8
SXA-nın fəaliyyətinin 5 iliyinə həsr olunmuş “Bir qucaq qayğı” festivalı keçirildi — 9
XƏBƏR LENTİ
31 IYUL 2026
“Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Bütün Xəbərlər