Stomatoloji qiymətlər gələcəkdə daha da artacaq - AQC sədri

Stomatoloji qiymətlər gələcəkdə daha da artacaq - AQC sədri
24.11.2025 17:55

"Azərbaycanda stomatoloji xidmətlərin qiymətində artım müşahidə edilsə də, bu proses normal bazar tendensiyasıdır və qeyri-adi hal kimi qiymətləndirilməməlidir". 

Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc TodayPress TV-yə açıqlamasında deyib.


Onun sözlərinə görə, dünya ilə müqayisədə Azərbaycan hələ də ən ucuz stomatoloji xidmət təklif edən ölkələrdən biridir:

"Dünyada stomatoloji xidmətlərin qiymətlərini müqayisə etsək, hazırda ən ucuz xidmətlər elə Azərbaycanda, keçmiş postsovet məkanında təqdim olunur. Avropada və xüsusilə Amerikada qiymətlər çox yüksəkdir. Xaricdə yaşayan azərbaycanlılar belə, yüksək xərclərə görə müalicə üçün ölkəyə qayıdırlar. Soydaşlarımız çox zaman təyyarə biletlərini də nəzərə alsalar belə, stomatoloji xidmətləri məhz Azərbaycanda almağa üstünlük verirlər. Çünki sığorta olmadıqda digər ölkələrdə çox yüksək qiymətlər tələb olunur".

Sədr vurğulayıb ki, yüksək qiymətlər stomatoloji sahənin çox böyük maddi resurs tələb etməsilə bağlıdır:

"Diş formalarının hazırlanması, onların bişirilməsi, ölçüyə uyğun çatdırılması, həkimin məsuliyyəti və dəqiqliyi qiymətə təsir göstərir. Bu baxımdan yüksək qiymətlər təsadüfi deyil. Qiymətlərin gələcəkdə daha da artması mümkündür". 

Ekspert hesab edir ki, dövlət müəssisələrinin stomatoloji xidmət sahəsində aktivliyi qiymətlərin kəskin bahalaşmasının qarşısını ala bilər:

“Dövlət xəstəxanalarında və poliklinikalarda stomatoloji fəaliyyətə daha böyük yer verilsə, bazarda təklif artar və qiymətlərin tənzimlənməsi mümkün olar. Hansı bazar olursa-olsun, təklif çox olduqda qiymətlər sabitləşir. Özəl xəstəxanalarda qiymətlərin müəyyənləşməsi bazar şərtləri ilə bağlıdır".

Vüqar Oruc qeyd edib ki, böyük icarə dəyəri, əlavə xidmətlər və digər xərclər son qiymətə təsir edir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
24 IYUN 2026
Bakıda səfərdə olan Qalibafın təyyarəsindəki o mesaj - FOTO 10:10 İmtahana gedənlərin nəzərinə: Özünüzlə bu iki sənədi mütləq götürün! 10:05 ABB və "m10" arasında pul köçürmələri dayandırıldı 10:05 Dünya Qalibafdan danışır, o isə Bakıdadır 10:03 Əbülfəz Elçibəyin doğum günüdür 09:57 Böyük səfər: Fon der Leyen Bakının qapılarına nə üçün gəlir? 09:42 Bakının iki rayonunda işıq olmayacaq 09:39 Dünyanı təhdid edən qorxulu problem Bakıya çatdı – Nə edəcəyik? 09:27 Burun çəpərində əyrilik nə zaman problem yaradır? Səbəblər və həll yolları 09:23 Enerji birjasında dalğalanma davam edir - Neft neçəyə təklif olunur? 09:20 Şimali Kiprin spikeri Azərbaycanda səfərdədir 08:57 DÇ-2026: Kolumbiya Konqonu məğlub etdi 08:44 İranın ən məşhur adamı Bakıda 08:35 Maaş və sosial ödənişlərdə artım olacaq? – 60 faiz… 08:34 İran Azərbaycana ağız açdı - Gözlər Bakıda 08:30 Yayda bol pomidor yeyin – Xərçəngdən qoruyur 08:06 Qan təzyiqini aşağı salmağın qeyri-adi ÜSULU 22:27 Soyuq hava axını bəzi xəstəlikləri kəskinləşdirə bilər: Sərinkeşdən istifadə qaydaları 22:23 Çin zooparkında uzunqulağı boyayıb zebra kimi təqdim etdilər 22:25 Çində ultrabənövşəyi şüaları əks etdirən nanoipək hazırlandı 22:17 Niderlandda ilk: 12 yaşdan kiçik uşaq evtanaziya edildi 22:15 Günəş qasırğası Yer kürəsini elektrik enerjisiz və internetsiz qoya bilər 22:13 DÇ-2026: İngiltərə Qana ilə oyunda xal itirdi 02:03 Sabah bu ərazidə QAZ olmayacaq 23:38 Bu rayonlarda işıq OLMAYACAQ 23:35 Bütün Xəbərlər