Pensiyalar 9,3% artırıldı: 1,1 milyon vətəndaşa əlavə dəstək

Pensiyalar 9,3% artırıldı: 1,1 milyon vətəndaşa əlavə dəstək
10.02.2026 10:20

“Prezident İlham Əliyevin imzaladığı yeni “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam 1,1 milyon pensiyaçının sosial müdafiəsinin gücləndirilməsində növbəti irəliləyişə imkan yaradır. Bu, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya alan insanlarımızın rifahına daha bir dəstəkdir”.

TodayPress TV xəbər verir ki, bunu Prezident İlham Əliyevin yeni Sərəncamı ilə pensiyaların indeksləşdirilərək artırılmasına dair keçirilən brifinqdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev vurğulayıb.

Nazir müavini Sərəncamla bütün pensiyaların 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun olaraq bu il yanvarın 1-dən 9,3 faiz indeksləşdirilməklə  artırıldığını qeyd edib. 

O bildirib ki, pensiyaların təyinatı kimi, pensiyalarda bu artım da proaktiv qaydada, pensiyaçıların müraciətinə və sənəd təqdim etmələrinə ehtiyac olmadan, e-sistem üzərindən avtomatik həyata keçirilir. Yeni pensiya artımları üçün illik əlavə olaraq 640 milyon manat vəsait ayrılıb. İndeksasiya üzrə yeni artım 2025-ci il üzrə inflyasiya dərəcəsini üstələyir.

Rəşad Mustafayevin sözlərinə görə, 2018-2025-ci illərdə orta aylıq pensiya 208 manatdan 543 manata, yaşa görə orta aylıq pensiya 234 manatdan 578 manata çatıbsa, artıq yeni artımla orta aylıq pensiya və yaşa görə orta aylıq pensiya müvafiq olaraq 593 manata və 632 manata çatır. Bu da 2018-ci ilə nisbətən orta aylıq pensiyada 2,8 dəfə, yaşa görə orta aylıq pensiyada 2,7 dəfə artıma nail olunması deməkdir.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Boksçularımız "Olimpiya ümidləri" turnirində 12 medal qazandılar 19:26 Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI 16:42 Trampdan sərt tənqid: “Starmer iki əsas məsələnin öhdəsindən gələ bilmədi” 19:03 Axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edildi 17:29 Qaret Beyl müasir futbolu sərt tənqid etdi: "Şahmata oxşayır" 17:24 İran rəsmiləri ABŞ nümayəndəlıri ilə foto çəkdirməkdən İMTİNA ETDİ 18:29 Trampdan xəbərdarlıq: "İran bunu etməsə..." 18:15 İsrail danışıqları pozmaq üçün fürsət gözləyir - Türkiyə XİN 17:53 Rusiyada helikopter yoxa çıxdı- Axtarışlar dayandırıldı 16:36 "Danışıqlarında böyük irəliləyiş əldə edilib" - Vens 17:21 ABŞ-İran danışıqlarının təfərrüatları açıqlandı 17:18 Xəzərdən keçən əməkdaşlıq xətti: Azərbaycan və Türkmənistan yeni layihələri müzakirə edəcək 15:22 "Qarabağ" Bədavi Hüseynovla müqavilə müddətini uzadı 15:16 İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqladı 16:27 İran-ABŞ danışıqları başladı - YENİLƏNİB 16:00 "Sabah" basketbol klubu Andrey Voynaloviçlə yolları ayırdı 15:13 Çimərliklərə getmək istəyənlərə XƏBƏRDAQLIQ 14:45 "Bu halda danışıqlar növbəti mərhələyə keçməyəcək" - Bəqai 14:42 Millimiz Avropa Liqasında Portuqaliya ilə üz-üzə gələcək 14:35 Pakistan Baş naziri və ordu komandanı Venslə görüşdü 14:56 Hava ilə bağlı əhaliyə xəbərdarlıq 14:12 Bakıda dəhşətli qəza - Avtobus piyadanın üstündən keçdi - Anbaan VİDEO 14:49 Boksçumuz Dünya Kubokunda qızıl medal qazandı 14:39 İran və ABŞ arasında danışıqların proqramı məlum oldu 14:28 Pezeşkian ABŞ-la razılaşmadan danışdı: 6 milyard dolların yolu açılır 14:25 Bütün Xəbərlər