Məmmədbəyli - Zəngilanın yeni nəfəsi, doğma yurdun yenidən doğuluşu

Məmmədbəyli - Zəngilanın yeni nəfəsi, doğma yurdun yenidən doğuluşu
30.10.2025 10:39

Zəngilan rayonunun Məmmədbəyli kəndi Qarabağın təbiətinə yaraşan bir gözəlliklə yenidən həyata qovuşub. Bu torpaq artıq yalnız xatirələrdə deyil, reallıqda da dirçəlir, insan nəfəsi, uşaq səsi, ev ocağının istiliyi ilə canlanır.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayevanın TodayPress TV-yə verdiyi məlumata görə, kəndin ümumi sahəsi 51,6 hektardır. Bu ərazidə 2 çoxfunksiyalı qeyri-yaşayış binası və 188 fərdi yaşayış evi tikilib. Evlərdən 39-u iki, 55-i üç, 55-i dörd, 39-u isə beşotaqlıdır. Hər bir evin həyətyanı sahəsi 0,12 hektardır və bütün evlər müasir standartlara uyğun şəkildə hasarlanıb.

Yeni Məmmədbəyli kəndinin memarlıq üslubu sadəcə yaşayış məkanı deyil, bir zövq, bir həyat fəlsəfəsidir. Evlərin damında parlayan Günəş panelləri həm ekoloji təmizlik, həm də müasir texnologiyanın təntənəsidir. Kənd tam şəkildə su, işıq, qaz, yüksəksürətli internet və yollarla təmin edilib. İnzibati binalar, keçidlər və istinad divarları üzərində işlənmiş zərif rəsmlər və dekorativ elementlər kəndin simasını bəzəyir, onun ruhuna estetik dəyər qatır. Bu bədii toxunuşlar kəndin təbiəti ilə insan əməyinin harmoniyasını birləşdirir.

Məmmədbəyli kəndi Ağalı kəndinə yaxın olduğuna görə iki kəndi birləşdirən yeni keçid inşa olunub. Bu keçid həm kəndlər arasında rahat gediş-gəlişi təmin edir, həm də Ağalıdakı 360 şagird yerlik məktəbə, 60 yerlik uşaq bağçasına, Ailə Sağlamlıq Mərkəzinə, bazar kompleksinə və digər xidmət obyektlərinə asan çıxış yaradır.

Nəhayət, bu kəndin yenidən doğuluşunun ən təsirli anı o idi ki, dövlətimizin başçısı oktyabrın 28-də Zəngilanın Məmmədbəyli kəndinə gələrək burada yaradılan şəraitlə tanış oldu, sakinlərlə görüşdü, onlara doğma yurdun, yenidən qurulan evlərinin açarlarını təqdim etdi.

Məmmədbəyli artıq xəritədə sadəcə bir ad deyil, qayıdışın, dirçəlişin, həyatın və ümidi gerçəyə çevirən böyük bir zəfərin simvoludur.

TodayPress TV

FOTOLAR

Məmmədbəyli - Zəngilanın yeni nəfəsi, doğma yurdun yenidən doğuluşu — 1
Məmmədbəyli - Zəngilanın yeni nəfəsi, doğma yurdun yenidən doğuluşu — 2
Məmmədbəyli - Zəngilanın yeni nəfəsi, doğma yurdun yenidən doğuluşu — 3
Məmmədbəyli - Zəngilanın yeni nəfəsi, doğma yurdun yenidən doğuluşu — 4
XƏBƏR LENTİ
01 AVQUST 2026
Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Bütün Xəbərlər