"Gənc Ailə Forumu”nun açılış mərasimi keçirildi

"Gənc Ailə Forumu”nun açılış mərasimi keçirildi
12.06.2025 15:45

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 12 iyun 2025-ci il tarixində Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclasının və “Gənc Ailə Forumu”nun açılış mərasimi keçirilib.

TodayPress TV xəbər verir ki, tədbir türkdilli dövlətlərin ortaq dəyərlərini və əməkdaşlığını əks etdirən filmin nümayişi ilə başlayıb.

Mərasimdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının iştirakçılarına müraciəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva tərəfindən səsləndirilib. 

Salamlama nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova müzakirə edilən mövzunun yalnız tarixi və ictimai baxımdan deyil, eyni zamanda bu günümüz və gələcəyimiz üçün strateji əhəmiyyəti ilə də seçildiyini vurğulayıb. O, tədbirdə iştirak edən gənc ailələrin və eyni dəyərlərlə yoğrulan türk gəncliyinin birləşdikcə, ortaq gələcəyimizin daha da parlaq və dayanıqlı olacağına əminliyini ifadə edib. 

B. Muradova bildirib ki, türk coğrafiyasında ailə həm sədaqətin, fədakarlığın, vəfa və şərəfin simvoludur, həm də bizim hər birimiz üçün böyük və qədim bir tarixdir, soydur, kökdür. 

Komitə rəsmisi ilk öyrənmə ocağı olan ailənin həm də, uşaq və gənclərimizi zamanın təhlükə və risklərinə qarşı qorumaq funksiyasını yerinə yetirdiyini, mənəvi dəyərlərin, əxlaq normalarının ictimai şüurda möhkəmlənməsində əvəzsiz rol oynadığını vurğulayaraq, diqqətə çatdırıb ki, bu baxımdan hazırda bəlli mərkəzlər tərəfindən dırnaqarası mütərəqqi və yad dəyərlərin cəmiyyətimizə sırınmasının qarşısında biz dayanmaq vacib məsələdir.

O, dövlət siyasəti çərçivəsində ailənin cəmiyyət və milli kimlik üçün nə qədər vacib olduğunu nəzərə alan dövlətimizin bu sahəni hüquqi müstəvidə möhkəm şəkildə qoruduğunu diqqətə çatdırıb. Əlavə edib ki, xüsusilə də Vətən müharibəsindən sonra azad olunmuş torpaqlara böyük qayıdış prosesi həm sosial ədalətin, həm də ailə institutunun dirçəldilməsi baxımından tarixi əhəmiyyət daşıyır: “Hazırda azad edilmiş 300-dən çox şəhər və kəndə 2615 ailə olmaqla, 10.233 şəxs köçürülmüşdür. 2026-cı ilə qədər isə 34.500 ailənin – təxminən 140.000 vətəndaşın – bu torpaqlara qayıdışı həm də ailələrin milli torpaqlarda yenidən kök salması, milli-mənəvi dəyərlərin yenidən canlanması və gələcək nəsillərin vətən torpağında böyüməsi deməkdir”. 

B. Muradova Dövlət Komitəsinin aidiyyəti dövlət qurumları ilə birgə tərəfdaşlıqla reallaşdırdığı layihələr haqqında məlumat verərək, xüsusilə Ailə Konsepsiyasının Zəfərdən sonra formalaşmaqda olan yeni şəraitdə dövlətin ailə siyasətinin inkişafına, ailə təsisatının daha da möhkəmləndirilməsinə və ölkədə mövcud olan əlverişli demoqrafik şəraitin qorunub saxlanılmasına yönəldiyini vurğulayıb. 

Çıxışında qlobal informasiya məkanında yayılan və Azərbaycan ailə modeli ilə uzlaşmayan yad və zərərli meyllərin qarşısının alınması məsələsinə toxunan Komitə sədri bildirib ki, nümunəvi ailə modelinin təşviqi, ailə üzvlərinin hər cür zərərli tendensiyalara qarşı dayanıqlılığının, nəsillərarası ünsiyyət və həmrəyliyin artırılması kimi məsələlər bu sahədə gündəliyimizin əsas istiqamətlərindədir. Biz türk dünyasının gəncləri və liderləri belə forumlarda bir araya gələrək ailə institutunu milli dəyərlərimizin qoruyucusu və daşıyıcısı kimi gələcəyə ötürmək və gələcək təhdidlərdən qorumaq öhdəliyini daşıyırıq. 

“Bu baxımdan, Türk Dövlətləri Təşkilatının ailə və sosial siyasət sahəsinə cavabdeh nazirlərinin və digər aidiyyəti qurum rəhbərlərinin mütəmadi görüşlərinin keçirilməsi ortaq strateji yanaşmaların formalaşdırılmasına şərait yaradır.

Bu cür əməkdaşlıq, həm də Türk dünyasının siyasi sabitliyinə, sosial rifahına və ümumi strateji birliyinə xidmət edən dayanıqlı əsasların formalaşmasına da zəmin yaradır.” - deyən B. Muradova çıxışını ailələrə çağırış etməklə yekunlaşdırıb. 

Tədbir bədii proqram ilə davam edib. 

Daha sonra Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclası və “Gənc Ailə Forumu” öz işinə başlayıb.

XƏBƏR LENTİ
10 AVQUST 2026
Azərbaycanın üstünlüyünə mane olmaq istəyənlər... - Xətaiyə hücumların əsas səbəbləri 17:31 7, 4 ballıq zəlzələ ölkəni silkələdi - VİDEO 17:47 Buxarestdə zəfər: güləşçilərimiz 4 dəfə zirvəyə yüksəldi! 17:37 DİQQƏT! - Bu avtobus marşrutlarının hərəkət sxemi dəyişir 17:16 Ceymi Vardi üçün yeni macəra: “Vest Hem” gündəmdə! 17:33 Pezeşkian Müctəba Xamenei ilə 7 saat nə danışıb ? 17:10 “Yuventus”un yeni istedadı Del Pyeronun diqqətini çəkdi 17:03 Dünyada ilk! - iki ölkə arasında kanat yolu olacaq 16:56 Azərbaycanın gənc boksçuları Avropa çempionatında qüvvələrini sınayacaq 16:51 Milyonlarla il əvvəl yox olan heyvanların izi bu gün də qalır – Yeni kəşf 16:22 Niderland Qran-prisi Formula-1”dən gedir: Ferstappendən ilk açıqlama 16:36 Tümendə nəhəng neft-kimya kompleksinə PUA hücumu edildi - VİDEO 16:33 “Biz də çoxlu pul itirdik” – Həbibdən Fələstin etirafı 16:25 Xətai kimindir? Tarixçi alimdən İranın iddialarına sərt cavab 16:14 Uelbek və Hendersonun “Çelsi”yə gəlişinin səbəbi bəlli oldu 16:10 Səbəbsiz çəki itkisi ciddi xəstəliklərin əlaməti ola bilər 16:05 Teytum göz yaşlarını saxlaya bilmədi: Karyerasını bitirməyi düşündü 16:00 Azərbaycan əhalisinin gəlirləri 55,6 milyard manatı keçdi – 9,8% ARTIM 15:49 Serxi Robertodan sürpriz seçim: Karyerasını MLS-də davam etdirəcək 15:54 Rusiya bir uşağın həyatı üçün 1 milyon rubl təklif etdi 15:48 Qeyri-sabit hava şəraiti nə vaxta kimi davam edəcək? 15:17 Premyer Liqada yeni mövsümün ilk sınaqları bəlli oldu 15:28 “Delfin” tayfunu Çini vurdu: Yüz minlərlə insan təxliyə edildi 14:17 “Əl-Əhli” Rocer İbanesi buraxmır: yeni müqavilə razılaşdırıldı! 15:06 Məişət zorakılığından zərər çəkən 41 nəfərə dəstək göstərildi – 25-i uşaqdır 14:29 Bütün Xəbərlər