Ekspertdən gediş haqqı artımına tənqid: “Xidmət keyfiyyəti yüksəlməyib"

Ekspertdən gediş haqqı artımına tənqid: “Xidmət keyfiyyəti yüksəlməyib"
29.09.2025 13:04

Oktyabrın 1-dən etibarən metro və avtobuslarda gediş haqqı 60 qəpik təşkil edəcək.

Bu qərarın xidmətin davamlılığının təmin olunması və keyfiyyətin artırılması istiqamətində mühüm addım olması gözlənilir.

Lakin iqtisadçı Günay Hüseynova TodayPress TV-yə açıqlamasında bildirib ki, əvvəlki dövrlərdə qiymət artımı baş versə də, xidmət keyfiyyəti gözlənilən səviyyəyə yüksəlməyib.

Onun sözlərinə görə, beynəlxalq standartlarla müqayisədə vəziyyət hələ də qənaətbəxş deyil:

"Sərnişinlərin şikayətlərinə baxılmır, qışda istilik, yayda isə sərinləşdirici sistemlər işləmir. Əgər xidmətin yaxşılaşdırılması vətəndaşın cibindən çıxan əlavə vəsaitlə təmin olunursa, o halda sərnişinlər layiqli xidmət almalıdırlar".

İqtisadçı əlavə edib ki, metro elektriklə işlədiyindən yanacağın qiymətindəki dəyişiklik bu sahəyə təsir etmir. Avtobuslarda isə qiymət artımı əsasən diferensiallaşdırma məqsədi daşıyır.

Taksi fəaliyyətindəki son qiymət artımlarına da toxunan ekspert bunu əsassız sayıb:

“Yanacağın qiyməti qalxmayıb ki, taksilərdə də gediş haqqı buna uyğun artsın. Bu addım sərnişinlər üçün əlavə yükdən başqa bir şey deyil", - deyə Günay Hüseynova fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPressTV

FOTOLAR

Ekspertdən gediş haqqı artımına tənqid: “Xidmət keyfiyyəti yüksəlməyib" — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər