Ədliyyə Nazirliyi mindən çox normativ hüquqi akt layihəsi hazırladı

Ədliyyə Nazirliyi mindən çox normativ hüquqi akt layihəsi hazırladı
12.02.2026 11:49

Ədliyyə Nazirliyi ölkədə qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə 2025-ci il ərzində 1.136 normativ hüquqi akt layihəsi hazırlayıb.

Bu barədə TodayPress TV-yə Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmçinin müvafiq dövlət orqanları tərəfindən Nazirliyə təqdim edilmiş 3.135 hüquqi akt layihəsinə hüquqi rəy verilib.

Ötən il ərzində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün təqdim olunan 780-dən çox akt qanunvericiliyin tələblərinə uyğun olaraq məcburi hüquqi ekspertizadan keçirilib, ümumilikdə 2.489 sənəd Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

Hesabat dövründə milli qanunvericiliyin elektron bazası – “e-qanun.az” saytı da mütəmadi olaraq yenilənib, sayta 5,8 milyondan artıq giriş, 28,7 milyona yaxın baxış qeydə alınıb.

Bununla yanaşı, Ədliyyə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində istifadəyə verilmiş, Azərbaycanın hüquqi sənəd və qanunvericilik bazasında effektiv axtarış aparmağa imkan verən süni intellekt əsaslı və milli hüquqi bazaya əsaslanan “e-qanun.ai” platformasında 4 ay ərzində 675 minə yaxın sorğu emal edilib.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Rusiyada helikopter yoxa çıxdı- Axtarışlar dayandırıldı 16:36 "Danışıqlarında böyük irəliləyiş əldə edilib" - Vens 17:21 ABŞ-İran danışıqlarının təfərrüatları açıqlandı 17:18 Xəzərdən keçən əməkdaşlıq xətti: Azərbaycan və Türkmənistan yeni layihələri müzakirə edəcək 15:22 "Qarabağ" Bədavi Hüseynovla müqavilə müddətini uzadı 15:16 İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqladı 16:27 İran-ABŞ danışıqları başladı - YENİLƏNİB 16:00 "Sabah" basketbol klubu Andrey Voynaloviçlə yolları ayırdı 15:13 Çimərliklərə getmək istəyənlərə XƏBƏRDAQLIQ 14:45 "Bu halda danışıqlar növbəti mərhələyə keçməyəcək" - Bəqai 14:42 Millimiz Avropa Liqasında Portuqaliya ilə üz-üzə gələcək 14:35 Pakistan Baş naziri və ordu komandanı Venslə görüşdü 14:56 Hava ilə bağlı əhaliyə xəbərdarlıq 14:12 Bakıda dəhşətli qəza - Avtobus piyadanın üstündən keçdi - Anbaan VİDEO 14:49 Boksçumuz Dünya Kubokunda qızıl medal qazandı 14:39 İran və ABŞ arasında danışıqların proqramı məlum oldu 14:28 Pezeşkian ABŞ-la razılaşmadan danışdı: 6 milyard dolların yolu açılır 14:25 Konqoda Eboladan ölənlərin sayı AÇIQLANDI 10:48 Azərbaycana yay fəsli daxil oldu 14:14 “Friends”in rejissoru vəfat etdi 11:29 Yəmən Nümayəndələr Palatasının sədri Azərbaycana gəldi 14:58 Kürasaonun qapıçısı mundialda rekorda imza atdı 11:27 Sakinlər təşviş içində: "yadplanetli hücumu" barədə mesajlar alıblar 09:16 Yaponiyada 48 il sonra ilk dəfə bunu etdi 09:26 Külək güclənəcək,şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 14:22 Bütün Xəbərlər