Azərbaycanla Latviya arasında Tədbirlər Planı imzalandı

Azərbaycanla Latviya arasında Tədbirlər Planı imzalandı
12.03.2026 16:54

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Latviyanın Rifah Nazirliyi arasında əməkdaşlıq üzrə Tədbirlər Planı imzalanıb.

Bu barədə TodayPress TV-yə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Latviya Respublikasının rifah naziri Reinis Uzulnieks ilə onlayn görüşündə bildirib ki, Azərbaycan və Latviya arasında münasibətlərin yüksək səviyyədə olması iki ölkənin əmək, məşğulluq, sosial müdafiə sahəsində də əlaqələrinin daim inkişaf etməsinə geniş imkanlar yaradıb.

O, Prezident cənab İlham Əliyevin tapşırıqları əsasında son illər ölkəmizdə aparılan ardıcıl sosial islahatlar, sosial müdafiə sisteminin gücləndirilməsi, aktiv məşğulluq proqramlarının genişləndirilməsi istiqamətlərində atılan addımlar barədə məlumat verib.

Həmçinin bu sahələrdə rəqəmsal həllərin geniş tətbiqi, əmək bazarının ehtiyaclarına uyğun kadr hazırlığı prosesinin gücləndirilməsi işləri diqqətə çatdırılıb. Azərbaycan və Latviya arasında qeyd edilən sahələrdə əməkdaşlığın, təcrübə mübadilələrinin həyata keçirilməsinə xüsusi önəm verildiyi vurğulanıb.

Reinis Uzulnieks iki qurum arasında əlaqələrin davamlı olaraq genişlənməsində maraqlı olduqlarını qeyd edib.

O, Latviyada həyata keçirilən sosial müdafiə və məşğulluq proqramları, ölkəsinin əmək bazarı ilə bağlı məlumat verib. İkitərəfli əməkdaşlıq təcrübəsinin uğurla davam etdirilməsi üçün qarşıdakı dövrdə də məqsədyönlü səylərin göstəriləcəyini bildirib.

Sonra Anar Əliyev və Reinis Uzulnieks Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Latviya Respublikasının Rifah Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahələrində əməkdaşlıq haqqında Memorandumun icrası ilə bağlı 2026-2027-ci illər üçün Tədbirlər Planını imzalayıblar.

Tədbirlər Planında aktiv əmək bazarı siyasəti, əlilliyi olan şəxslərin, gənclərin məşğulluğu, əmək bazarının monitorinqi və proqnozlaşdırılması, əməyin mühafizəsi, insan resurslarının idarə edilməsi, xidmətlərin rəqəmsallaşdırılması, himayədar ailə qayğı modelinin inkişaf etdirilməsi, sosial xidmətlərin göstərilməsində innovativ həllərin, süni intellektin tətbiqi və s. üzrə bilik və təcrübələrin mübadiləsi, ikitərəfli müzakirələrin aparılması nəzərdə tutulur.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 Bütün Xəbərlər