Fransanın müstəmləkəçilik siyasətinə dair ictimai dinləmələr keçirildi

Fransanın müstəmləkəçilik siyasətinə dair ictimai dinləmələr keçirildi
24.07.2025 20:00 Siyasət

İyulun 24-də Bakıda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi tərəfindən “Fransanın müstəmləkəçilik siyasəti və bu ölkədə insan haqlarının vəziyyətinə dair ictimai dinləmələr” təşkil olunub.

TodayPress TV xəbər verir ki, dinləmələr hibrid formatda keçirilib, Tunisdən Yenilənən və Bərpa olunan Enerji Səmərəliliyi üzrə Ərəb Platformasının nümayəndəsi Kamel Esseghairi, İqlim Fəaliyyəti üzrə Liberiya Gənclər Assosiasiyasının sədri Ezekiel Nyanfor,  Mavritaniyadan İnsan Hüquqları və İnkişaf Assosiyasının sədri Hawa Sidibe konfransın işinə həmməruzəçi kimi qatılıblar.  

Konfransı giriş sözü ilə açan Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov Fransanın müstəmləkəçilik siyasətinin tarixi və bu siyasətin hazırkı dövrdə də müxtəlif formalarda davam etməsi məsələsinə toxunub. O bildirib ki, Azərbaycanın sədrliyi dövründən- 2020-ci ildə Qoşulmama Hərəkatı çərçivəsində Qlobal Cənub ölkələrinin fəallığı artıb və bu fəallığın nəticədir ki, Fransanın müstəmləkəçilik siyasətinə qarşı mövzular beynəlxalq təşkilatlar səviyyəsində müzakirə olunur. Qlobal Cənub ölkələri bu istiqamətdə ciddi fəallıq göstərir. Bu gün Fransanın müstəmləkəçilik siyasətinə qarşı çıxışlar artıq BMT və digər beynəlxalq platformalarda səsləndirilir,” – deyə Vüqar Əhmədov qeyd edib. O bildirib ki, Azərbaycan regional aktor kimi bu prosesdə aktiv iştirak edir və beynəlxalq miqyasda müstəmləkəçiliyə məruz qalan xalqların səsini çatdıran ölkələrdən biridir. Müstəmləkəçiliklə üzləşən xalqların hüquqları hər zaman diqqət mərkəzindədir və bu siyasətin nəticəsində dənizaşırı və ada ölkələrində yaşayan yerli xalqların hüquqları beynəlxalq miqyasda gündəmə gəlir. Bundan başqa Fransada yaşayan Afrika əsilli miqrantların hüquqlarının pozulmasını və sərt miqrasiya siyasəti ilə üzləşdiyini müşahidə edirik. 

Daha sonra çıxış edən Milli Məclisin deputatı Azər Allahverənov Fransanın müstəmləkəçilik siyasətinə və insan haqları ilə bağlı mövcud vəziyyətə toxunaraq bildirib ki, bu məsələ Azərbaycan üçün də həssas mövzulardan biridir. O qeyd edib ki, tarixin müxtəlif dövrlərində xalqımız da müstəmləkəçiliklə üzləşmiş və hər zaman mübarizə aparmışdır. Milli Məclisin üzvü öz çıxışında vurğulayıb ki, bu gün Azərbaycan müstəqil dövlətdir və keçdiyi yol bir çox ölkələr üçün nümunə ola bilər. Deputat bildirib ki, “Azərbaycan xalqı suverenliyini heç zaman unutmayıb və onun tam bərpa olunması istiqamətində əzmkar fəaliyyət göstərib” Bildirilib ki, Azərbaycan Qoşulmama Hərəkatına və COP-29 beynəlxalq konfransına uğurla sədrlik edib.  

Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli mövzü üzrə məruzə ilə çıxış edib. O qeyd edib ki, Azərbaycan vətəndaş cəmiyyəti təşkilatları Qlobal Cənub ölkələri VTC-ləri ilə aktiv şəkildə əməkdaşlıq edir və buna misal kimi bu ilin Aprelində Bakıda keçirilən Qlobal Cənub Vətəndaş cəmiyyəti platformasının yığıncağını qeyd edib. Ramil İskəndərlinin sözlərinə görə, Fransanın yeni müstəmləkəçilik siyasəti artıq iflasa uğrayır. Neokolonializm siyasəti hər hansı bir ərazidə özünü hərbi, siyasi və iqtisadi formada  biruzə verir. Fransa ilə bağlı demək olar ki, onun bu 3 indikatora əsasən fəaliyyəti artıq öz gücünü itirir. Hərbi mövcudluğuna bu yaxınlarda Mali və Burkina-Fasoda son qoyulmasi, iqtisadi mövcudluğun bir sıra ölkələrdə, Çin, Türkiyə kimi ölkələrlə müqayisətə rəqabətdə zəifləməsi, eləcə də Yeni Kaledoniya misalında siyası mövcudluğun məhdudlaşması neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərib. Bildiyimiz kimi, bu günlərdə Fransada Yeni Kaledoniya ərazisində yeni dövlətin yaradılması haqqında saziş imzalanıb. Razılaşma Yeni Kaledoniyaya dövlət muxtariyyətin verilməsini, ayrı vətəndaşlığın yaradılmasını, habelə beynəlxalq münasibətlər sahəsində müstəqil səlahiyyətlərin ötürülməsini nəzərdə tutur. 

Sonra Tunisdən Yenilənən və Bərpa olunan Enerji Səmərəliliyi üzrə Ərəb Platformasının nümayəndəsi Kamel Esseghairi, İqlim Fəaliyyəti üzrə Liberiya Gənclər Assosiasiyasının sədri  Ezekiel Nyanfor,  Mavritaniyadan İnsan Hüquqları və İnkişaf Assosiyasının sədri Hawa Sidibenin məruzələri dinlənilib. Cənab Kamel Esseghair öz çıxışında qeyd etdi ki, hələ də Afrikanın Niger, Mali, Burkina Faso, Sineqal və digər ölkələrdə Fransanın ciddi siyasi və hərbi təsirləri qalmaqdadır və Fransa hökuməti bu ölkələrin siyasi elitasına təsir etməyə çalışır və onları özünün for-postu kimi hesab edir. Ezekiel Nyanfor öz çıxışında Azərbaycanın Qlobal Cənubun səsinin beynəlxalq miqyasda eşidilməsindəki rolunu xüsusi vurğuladı və qeyd etdi ki, məhz Azərbaycanın ötən il ev sahibliyi etdiyi COP29 konfransından sonra onların ölkələrində iqlim fəaliyyəti ilə bağlı həm dövlət, həm də vətəndaş cəmiyyəti təşkilatları tərəfindən daha çox fəaliyyətlər həyata keçirilir. O qeyd etdi ki, yaxın zamanda ölkəsi tərəfindən iqlim fəaliyyəti üzrə ədalət konfransının keçirilməsi nəzərdə tutulur. Mavritaniyadan olan İnsan Hüquqları və İnkişaf Assosiyasının sədri Hawa Sidibe ölkəsində hökm sürən diskriminasiya və qeyri-bərabərlik hallarından danışdı və qeyd etdi ki, hələ də Fransanın müstəmləkəçiliyində olan ölkələrdə yerli xalqların mədəni, humanitar və siyasi hüquqları ciddi şəkildə pozulur. 

WUF13 QHT Koalisiyasının nümayəndəsi Amin Məmmədov Qlobal Cənub İqlim Fəaliyyəti-Post- COP29 dönəmi mövzusunda çıxış etdi, Azərbaycanın COP29 beynəlxalq tədbirinə uğurla sədrlik etdiyini, iqlim fəaliyyəti ilə bağlı ölkəmizin davamlı gündəliklə çıxış etdiyini iştirakçıların diqqətinə çatdırdı.  

Məruzələrdən sonra konfransın ikinci hisssəsi ictimai müzakirələrlə davam etdi və tədbirə qatılan QHT rəhbərləri, media nümayəndələri və siyasi ekspertlər mövzu ilə bağlı fikirlərini səsləndirdilər. Onlar öz çıxışlarında qeyd etdilər ki, bu gün dünyaya daha çox ədalət lazımdır və müasir dünyamızda beynəlxalq təşkilatlar artıq bu ədaləti təmin edə bilmirlər.  

Konfransın sonunda Qlobal Cənubun fəaliyyətinin təşviqi, iqlim fəaliyyəti, müstəmləkəçiliyə məruz qalan xalqların hüquqların qlobal səviyyədə qorunmasında verdiyi töhfələrə görə Milli Məclisin deputatı Azər Allahverənov, Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli və WUF13 QHT Koalisiyasının nümayəndəsi Amin Məmmədov  təşəkkürnamə ilə təltif edildilər.

Qiymət Mahir

FOTOLAR

Fransanın müstəmləkəçilik siyasətinə dair ictimai dinləmələr keçirildi — 1
Fransanın müstəmləkəçilik siyasətinə dair ictimai dinləmələr keçirildi — 2
Fransanın müstəmləkəçilik siyasətinə dair ictimai dinləmələr keçirildi — 3
XƏBƏR LENTİ
15 IYUN 2026
"Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Bütün Xəbərlər