Azərbaycanla Meksika arasında memorandum imzalandı

Azərbaycanla Meksika arasında memorandum imzalandı
19.04.2026 09:55 Siyasət

"Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Xaricdə Yaşayan Meksikalılar İnstitutu vasitəsilə Meksika Birləşmiş Ştatlarının Xarici İşlər Nazirliyi arasında Anlaşma Memorandumu" imzalanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Komitəsi məlumat yayıb.

Sənəd komitə sədri Fuad Muradovun Meksikaya işgüzar səfəri çərçivəsində Meksika Xarici İşlər Nazirliyində Xaricdə Yaşayan Meksikalılarla İş üzrə İnstitutun rəhbəri Tatyana Klutye ilə görüş çərçivəsində imzalanıb.

İmzalanan sənəd xaricdə yaşayan azərbaycanlı və meksikalı icmaların fəaliyyətinə dəstəyin gücləndirilməsini, onların hüquq və maraqlarının qorunmasını, eləcə də müxtəlif sahələrdə əməkdaşlıq mexanizmlərinin yaradılmasını nəzərdə tutur. Memorandum çərçivəsində tərəflər arasında müntəzəm məsləhətləşmələrin aparılması, informasiya və təcrübə mübadiləsinin genişləndirilməsi, birgə layihə və təlim proqramlarının təşkili planlaşdırılır. Sənəd iki ölkə arasında diaspor sahəsində əməkdaşlığın institusional əsaslarını möhkəmləndirərək gələcəkdə daha genişmiqyaslı təşəbbüslərin həyata keçirilməsinə zəmin yaradır.

Görüşdə həmçinin hər iki ölkənin xaricdə yaşayan vətəndaşlarla iş sahəsindəki yanaşmaları müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 UEFA Konfrans Liqası: "Zirə" - "Payde" matçında hesab açıldı - VİDEO 20:04 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Bütün Xəbərlər