Azərbaycan Konstitusiyasının 30 ili: Qalib dövlətin qüruru!

Azərbaycan Konstitusiyasının 30 ili: Qalib dövlətin qüruru!
12.11.2025 11:40 Siyasət

"Artıq beşinci ildir ki, Konstitusiya Gününü sevinclə, qürurla və iftixar hissi ilə qeyd edirik".

Bunu TodayPress TV-yə  açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.  


O qeyd edib ki,  bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür:

"Müstəqil Azərbaycanın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiya 1995-ci il noyabrın 12-də qəbul edilib. Bu, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir".

Deputat 1995-ci ildə qəbul edilən Konstitusiyanın Azərbaycanın demokratik və hüquqi inkişafının əsasını qoyduğunu vurğulayıb:

"Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Konstitusiya qəbul edilən gün — noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı".

O qeyd edib ki, Konstitusiya insan hüquq və azadlıqlarının qorunmasını dövlət orqanlarının əsas vəzifəsi kimi müəyyən etdi:

"Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsini qanunverici, icra və məhkəmə hakimiyyəti orqanlarının qarşısında başlıca vəzifə kimi müəyyən etdi. Konstitusiya qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad edilmiş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisat — konstitusiya ədalət mühakiməsi orqanı nəzərdə tutulmuş və bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdi".

C. Məmmədovun qənaətincə, illər ərzində Konstitusiyaya edilən dəyişikliklər dövlət idarəçiliyini və insan hüquqlarının qorunmasını daha da gücləndirib:

"Ötən illər ərzində ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələbləri ilə əlaqədar olaraq Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə ali dövlət hakimiyyəti, məhkəmə orqanları və bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmininə, həmçinin bu hüquqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlmişdir"

Parlamentari əlavə edib ki, 44 günlük Zəfər müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyü və vətəndaşların konstitusion hüquqları bərpa olundu:

"Sevindirici haldır ki, Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən əzəli Azərbaycan torpağı olan Qarabağ 44 günlük Vətən müharibəsi nəticəsində erməni işğalçılarından azad edilmiş, ölkəmizin ərazi bütövlüyü təmin olunmuş və ata-baba yurdundan didərgin salınmış bir milyondan çox soydaşımızın konstitusion hüquqları bərpa olunmuşdur".

Deputat son olaraq əlavə edib ki, Azərbaycan Konstitusiyasının 30 ili qalib dövlət kimi qürurla qeyd olunur:

"Bu il Konstitusiyamızın qəbulunun 30 ili tamam olur. Azərbaycan bu yubileyi Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərlə, ərazi bütövlüyünü tam bərpa etmiş güclü və suveren dövlət kimi qeyd edir. Artıq 12 noyabr — Konstitusiya Günü xalqımız üçün həm dövlətçiliyimizin, həm də qalib Azərbaycanın rəmzinə çevrilib.

Konstitusiya Günü münasibətilə xalqımızı ürəkdən təbrik edir, müstəqil dövlətimizin davamlı inkişafı və rifahı naminə uğurlar arzulayıram". 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 Bütün Xəbərlər