SOCAR-da “Yükqaldırma Təlim Poliqonu”nun açılışı oldu

SOCAR-da “Yükqaldırma Təlim Poliqonu”nun açılışı oldu
30.05.2025 15:29 Sənaye və energetika

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi tərəfindən “Neftqaztikinti” Trestinin Zığ tikinti-quraşdırma sahəsində qabaqcıl təcrübələrə uyğun inşa edilmiş “Yükqaldırma Təlim Poliqonu”nun açılışı keçirilib. 

TodayPress TV SOCAR-a istinadən xəbər verir ki, şirkətin vitse-prezidenti Ziba Mustafayevanın iştirak etdiyi tədbirdə “Siqnalçı”, “İlməkçi” və “Takelajçı” peşələri üzrə keçiriləcək təlimlərin poliqon ərazisinə baxış keçirilib.

Burada istifadə edilən kran əməliyyatları, yükqaldırıcı avadanlıqlar və digər texniki imkanlar barədə məlumat verilib və praktiki təlimlər nümayiş etdirilib. 

Tədbir çərçivəsində, həmçinin əməyin mühafizəsi, təhlükəsizlik və insan kapitalının inkişafı sahəsində görülən işlərdən danışılıb, yükqaldırma əməliyyatlarında təhlükəsizliyin artırılması məqsədi daşıyan bu təşəbbüsün əhəmiyyəti vurğulanıb. 

Qaldırıcı Avadanlıq Mühəndisləri Assosiasiyası (LEEA) tərəfindən akkreditasiya olunacaq təlimlərdə iştirakçılara beynəlxalq səviyyədə tanınan sertifikatlar təqdim ediləcək.

FOTOLAR

SOCAR-da “Yükqaldırma Təlim Poliqonu”nun açılışı oldu — 1
SOCAR-da “Yükqaldırma Təlim Poliqonu”nun açılışı oldu — 2
SOCAR-da “Yükqaldırma Təlim Poliqonu”nun açılışı oldu — 3
SOCAR-da “Yükqaldırma Təlim Poliqonu”nun açılışı oldu — 4
SOCAR-da “Yükqaldırma Təlim Poliqonu”nun açılışı oldu — 5
SOCAR-da “Yükqaldırma Təlim Poliqonu”nun açılışı oldu — 6
SOCAR-da “Yükqaldırma Təlim Poliqonu”nun açılışı oldu — 7
SOCAR-da “Yükqaldırma Təlim Poliqonu”nun açılışı oldu — 8
SOCAR-da “Yükqaldırma Təlim Poliqonu”nun açılışı oldu — 9
XƏBƏR LENTİ
30 IYUL 2026
Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Bütün Xəbərlər