"Azərişıq" Ağcabədinin bir sıra kəndlərinin elektrik şəbəkəsini yeniləyir

"Azərişıq" Ağcabədinin bir sıra kəndlərinin elektrik şəbəkəsini yeniləyir
11.03.2026 12:00 Sənaye və energetika

"Azərişıq" ASC Ağcabədi rayonunun elektrik təsərrüfatını yenidən qurur.

TodayPress TV səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, rayonun Yeni Qaradolaq və Minəxorlu kəndlərində 0,4 və 10 kV-luq metal dayaqlar əkilib, açıq naqillər Özünüdaşıyan İzolyasiyalı Naqillərlə (ÖİN) əvəz olunub.

Kəndlərdə ümumilikdə müxtəlif gücdə 13 yeni Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılıb. Həmçinin yaşayış evləri smart və SMS tipli sayğaclarla təchiz olunur.

Hindarx və Qaravəllidə də 0,4 və 10 kV-luq elektrik şəbəkəsi yenilənir. Hindarxda 5 KTM quraşdırılıb. Qaravəllidə isə köhnə TM əvəzinə 1000 kVA gücündə yeni güc mərkəzi yaradılıb.

Şəhər ərazisində 10 kV-luq "Şəhər-1", "Çörək Zavod" və "Qaz İdarəsi" hava xətləri üzrə metal dayaqlar əkilir, izolyasiyalı naqillər çəkilir. Həmçinin sayğaclar həyətyanı ərazilərdən kənarlaşdırılaraq yenilənir.

Qeyd edək ki, "Azərişıq" ölkənin bütün regionlarında, eləcə də Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma, əsaslı təmir-bərpa işlərini davam etdirir. Görülən işlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hesablanıb.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Bütün Xəbərlər