“Abşeron” yatağından 2029-cu ilədək hasil ediləcək qazın həcmi açıqlandı

“Abşeron” yatağından 2029-cu ilədək hasil ediləcək qazın həcmi açıqlandı
25.06.2025 14:52 Sənaye və energetika

Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Abşeron” qaz yatağında hasilat 2028-ci ilin sonunadək illik 5 milyard kubmetrə çatacaq.

TodayPress TV xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "CNN Business Arabic"ə müsahibəsində bildirib.

2024-cü ildə “Abşeron” yatağından 0,6 milyon ton kondensat, 1,5 milyard kubmetr qaz hasil edilib. Bu ilin yanvar-aprel aylarında isə bu yataqdan 0,2 milyon ton kondensat və 0,5 milyon kubmetr təbii qaz çıxarıb.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov aprel ayında bildirib ki, 2023-cü ildə “Abşeron” yatağında hasilata başlanılıb və birinci mərhələdə 1,5 milyard kubmetr qaz çıxarılıb. Hazırda SOCAR, "Total" və ADNOC yatağın tam işlənməsi üzərində çalışırlar. 2025-ci ildə yekun investisiya qərarının (FID) qəbul ediləcəyi gözlənilir”, - deyə o əlavə edib.

Qeyd edək ki, Fransanın “TotalEnergies” və SOCAR 10 iyul 2023-cü ildə yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində qaz və kondensat hasilatına başlandığını elan ediblər. Hazırda yatağın işlənməsinin ikinci mərhələsi üzrə “Front End Engineering Design” (FEED) mərhələsinə start verilib. Bu mərhələdə hasil olunacaq qaz Azərbaycanın daxili bazarına yönəldiləcək.

2023-cü ilin avqustunda ADNOC, SOCAR və “TotalEnergies” ilə “Abşeron” yatağında 30 %-lik iştirak payının alınması barədə saziş imzalayıb.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 km cənub-şərqdə yerləşən "Abşeron" yatağı “JOCAP - Absheron Petroleum” birgə əməliyyat şirkəti tərəfindən istismar olunur. Yataqdan ilk qaz 2023-cü ilin iyul ayının əvvəlində əldə edilib.

2023-cü ilin avqust ayında Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “TotalEnergies” ilə "Abşeron" yatağında ümumilikdə 30 % iştirak payının alınması haqqında saziş imzalayıb. “TotalEnergies” və SOCAR-ın hər birinin layihədə payı 35 % təşkil edir.

XƏBƏR LENTİ
30 IYUL 2026
Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 Bütün Xəbərlər