Ekspert: "Universitetlər bazarın tələbinə uyğun ixtisaslaşma apara bilmir"

Ekspert: "Universitetlər bazarın tələbinə uyğun ixtisaslaşma apara bilmir"
29.10.2025 17:33

"Bəzi universitetlərdə tədris proqramları beynəlxalq standartlara cavab vermir. Bu isə məzunların əmək bazarında çətinliklərlə üzləşməsinə səbəb olur".

Bu sözləri TodayPress TV-yə təhsil eksperti Məzahir Məmmədli bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycandakı ali təhsil müəssisələrində ixtisaslar və fənlər üzrə real monitorinqlər aparılmır, nəticələr qiymətləndirilməyib:

"Bu qənaətə ona görə gəlinir ki, ali təhsil müəssisələrindən məzun olan şəxslər əmək bazarında özlərinə uyğun iş tapa bilmirlər. Bu isə o deməkdir ki, universitetlər ixtisaslaşmanı və fənn seçimini bazarın tələbinə uyğun qura bilmirlər. Ən yaxşı halda region ölkələri ilə müqayisə etsək, Qazaxıstan universitetləri bizdən xeyli öndədir. Hətta texniki ixtisaslarda Ermənistan və Gürcüstan da müəyyən sahələrdə bizdən qabaqdadır".

Ekspert qeyd edib ki, universitetlər məzunları əmək bazarına hazır vəziyyətdə çıxara bilmirlər:

"Məsələn, İT ixtisası üzrə təhsil alan tələbələr 6 il oxusalar da, mükəmməl proqram biliklərinə sahib olmurlar. Məzunlar əlavə kurslara gedir, özlərini inkişaf etdirməyə çalışırlar. Bu da göstərir ki, universitetlər tədris prosesində müasir tələbləri yerinə yetirə bilmirlər. Yeni nəsil alimlik və pedaqoji fəaliyyət sahəsində maraq göstərmir. Yaşlı müəllimlərin üzərinə yük düşür, bu da sistemin inkişafını ləngidir. Sosial təminatlar və rifah yaxşılaşdırılmasa, gəncləri elmə və tədrisə cəlb etmək mümkün olmayacaq. Gənc kadrların yetişdirilməsi və universitetlərdə yenilənmə prosesi zəruridir".

Məzahir Məmmədli vurğulayıb ki, təhsil müəssisələrinin beynəlxalq standartlara uyğunlaşdırılması, əmək bazarına inteqrasiya olunmuş proqramların tətbiqi və gənc kadrların dəstəklənməsi təhsilin keyfiyyətini artırmaq üçün əsas istiqamətlərdən olmalıdır.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Ekspert: "Universitetlər bazarın tələbinə uyğun ixtisaslaşma apara bilmir" — 1
XƏBƏR LENTİ
20 AVQUST 2026
Tacikistan Rusiyadan üz döndərib İrana üz tutdu 14:21 İran ABŞ-yə xəbərdarlıq etdi: “Bu dəfə daha güclü silahlardan istifadə edəcəyik” 13:53 Şimali Koreya Yapon dənizinə 10 ballistik raket atdı 13:48 Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 Bütün Xəbərlər