Səhiyyə naziri institutun yeni rektorunu kollektivə təqdim etdi

Səhiyyə naziri institutun yeni rektorunu kollektivə təqdim etdi
08.07.2025 12:01 Sağlamlıq

Səhiyyə naziri Teymur Musayev Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Pənahovu iyulun 8-də institutun kollektivinə təqdim edib.

TodayPress TV xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, tədbirdə çıxış edən nazir Nazim Pənahovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Nazir qeyd edib ki, Nazim Pənahov müxtəlif məsul vəzifələrdə çalışıb, o cümlədən bu təyinatadək Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru olub.

Nazim Pənahov ona göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib. O vurğulayıb ki, gələcək fəaliyyətində dövlətçilik dəyərləri, yüksək peşəkarlıq, şəffaflıq və ədalət prinsipləri əsas prioritet olacaq.

Xatırladaq ki, dünən Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il 7 iyul tarixli Sərəncamına əsasən, Nazim Adil oğlu Pənahov Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru təyin edilib.

FOTOLAR

Səhiyyə naziri institutun yeni rektorunu kollektivə təqdim etdi — 1
Səhiyyə naziri institutun yeni rektorunu kollektivə təqdim etdi — 2
Səhiyyə naziri institutun yeni rektorunu kollektivə təqdim etdi — 3
XƏBƏR LENTİ
30 IYUL 2026
Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Bütün Xəbərlər