Ölüm riski yaradan virus yayıldı

Ölüm riski yaradan virus yayıldı
06.05.2026 13:27 Sağlamlıq

Son günlər ölkədə kütləvi xəstələnmə halları müşahidə olunur. Bir çox insan yüksək hərarət, quru öskürək, halsızlıq və həzm pozğunluqlarından şikayət edir. Əhali arasında "hantavirus"un yayılması ilə bağlı şübhələr yaranıb.

Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla TodayPress TV-yə danışarkən bildirib ki, son dövrlər müxtəlif virus infeksiyalarının ortaya çıxması artıq adi hal alıb:


"Biz mütəmadi olaraq müxtəlif sürprizlərlə üzləşirik. Ayrı-ayrı virusların törətdiyi xəstəliklər və bunların müxtəlif əlamətləri üzə çıxır. Hazırda "hantavirus"larla bağlı məlumatlar var, artıq xəstələnmələr qeyd olunur. Bu virus daha çox gəmiricilərdən keçir. Gəmiricinin dişləməsi nəticəsində və həmçinin onların ekskrementlərinin toz halında nəfəs yollarına düşməsi ilə yoluxma baş verə bilər".

Həkim vurğulayıb ki, "hantavirus" kifayət qədər təhlükəli infeksiyadır və ağır fəsadlara səbəb ola bilər:

""Hantavirus" təxminən 38 faizədək ölümə gətirib çıxara bilər. Bu virus respirator sindrom yaradır, yəni ağciyərləri və ürək əzələsini zədələyir. Xəstəliyin gizli dövrü bir həftədən səkkiz həftəyə qədər davam edə bilər. Əlamətlər əsasən qızdırma, quru öskürək, səpkilər, baş ağrısı, diareya və qarın ağrıları ilə özünü göstərir. Bu simptomlar digər virus infeksiyalarına da bənzədiyi üçün klinik mənzərə çox qarışıq olur".

Professor əlavə edib ki, bu cür xəstəliklərə münasibətdə məsuliyyətli davranmaq vacibdir:

"Xəstəlik baş verdiyi halda mütləq yataq rejiminə riayət etmək, bol maye qəbul etmək, immuniteti gücləndirmək və düzgün qidalanmaq lazımdır. Təəssüf ki, insanlar çox vaxt virus xəstəliklərini ayaqüstə keçirirlər. Amma "hantavirus" ürək-ağciyər ağırlaşmaları yaratdığı üçün xüsusi diqqət tələb edir".

Mütəxəssis həmçinin yoluxmanın qarşısının alınması üçün gigiyenik tədbirlərin əhəmiyyətini vurğulayıb:

"Bu xəstəliklər zamanı əsas məsələ kontaktdan uzaq olmaqdır. Nəzərə alsaq ki, virus daha çox gəmiricilərdən keçir, evdə siçan və ya siçovul izləri – xüsusilə ekskrementlər aşkar olunarsa, onlar mütləq təmizlənməlidir. Bu zaman maskadan istifadə etmək vacibdir ki, toz hissəcikləri nəfəs yollarına düşməsin", - deyə Adil Qeybulla qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Nolanın "The Odyssey" i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 Bütün Xəbərlər