“Mentor Klinika” layihəsi çərçivəsində tibb müəssisələrinə baxış davam etdirilir

“Mentor Klinika” layihəsi çərçivəsində tibb müəssisələrinə baxış davam etdirilir
16.07.2025 09:27 Sağlamlıq

TƏBİB-in “Mentor Klinika” layihəsi çərçivəsində Abşeron Rayon Mərkəzi Xəstəxanası, Mərkəzi Neftçilər Xəstəxanası, Respublika Klinik Xəstəxanası, Sabunçu, Nərimanov tibb mərkəzlərinin rəhbərliyi və işçi qrupu tərəfindən tibb müəssisələrinə baxış keçirilib.

TodayPress TV xəbər verir ki, Quba, Ağcabədi, İsmayıllı, Ağsu, Şəmkir, Tovuz, Göyçay, Ucar rayon mərkəzi xəstəxanalarına və Şirvan Şəhər Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə yerində tanışlıq məqsədilə müəssisələr ziyarət olunub, birgə monitorinq həyata keçirilib. Tibb müəssisələrinin mövcud problemləri və gələcək fəaliyyət istiqamətləri ətrafında geniş müzakirələr aparılıb. 

Görüşlər zamanı müəssisələr arasında əməkdaşlığın gücləndirilməsi, klinik protokolların optimallaşdırılması və idarəetmədə müasir yanaşmaların tətbiqi istiqamətində fikir mübadiləsi aparılıb. Həmçinin tibbi heyətin bilik və bacarıqlarının artırılması məqsədilə təlim və mentorluq mexanizmlərinin tətbiqi nəzərdə tutulub.

Qeyd edək ki, TƏBİB-in “2025-2027-ci illər üzrə Strateji Plan”ına uyğun olaraq əhalinin tibbi xidmətlərə əlçatanlığını təmin etmək və səhiyyə sisteminin səmərəliliyini artırmaq məqsədilə “Mentor Klinika” layihəsinin icrasına başlanılıb. "Mentor Klinika" layihəsinin məqsədi regionlarda əhalinin yüksək keyfiyyətli, əhatəli və əlçatan tibbi xidmətlə təmin olunmasını gücləndirməklə, ölkə üzrə səhiyyə sistemində balanslı inkişafı təşviq etmək və Bakı şəhərinə olan pasiyent axınını azaltmaqdır. Layihənin hədəfi isə region xəstəxanalarının kliniki baxımdan gücləndirilməsi, özünü maliyyələşdirmə qabiliyyətinin yüksəldilməsi, xidmət sayının və çeşidliliyinin artırılmasıdır.

Hazırda tibb müəssisələrində göstərilən xidmət sayı Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə 55 %, regionlar üzrə isə 45 % təşkil edir. Layihə çərçivəsində TƏBİB-in tabeliyində olan Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə bir neçə xəstəxananın mentor klinika statusu alaraq müəyyən edilmiş region xəstəxanalarına bilavasitə dəstək göstərməsi nəzərdə tutulub. Bu mentorluq çərçivəsində həkimlərin regionlarda fəaliyyət göstərməsi, tibb bacılarının təlimi, tibbi xidmət çeşidinin artırılması və idarəetmə üzrə konsultativ dəstək planlaşdırılır.

Qeyd edək ki, layihənin ilkin pilot mərhələdə 1 il müddətində həyata keçirilməsi nəzərdə tutulub.

FOTOLAR

“Mentor Klinika” layihəsi çərçivəsində tibb müəssisələrinə baxış davam etdirilir — 1
XƏBƏR LENTİ
30 IYUL 2026
Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Bütün Xəbərlər