Alzheimer xəstəliyini üç dəqiqəyə aşkar edən üsul tapıldı

Alzheimer xəstəliyini üç dəqiqəyə aşkar edən üsul tapıldı
03.09.2025 19:45 Sağlamlıq

Bat Universitetinin alimləri Alzheimer xəstəliyi ilə bağlı yaddaş pozuntularını ilkin mərhələdə müəyyən etməyə imkan verən sürətli EEQ (Elektroensefaloqramma) testi hazırlayıblar.

TodayPress TV xəbər verir ki, bu yenilik “Brain Communications” (BC) jurnalında təsvir olunub.

“Fastball” adlanan metod xüsusi növ elektroensefaloqramma texnologiyasına əsaslanır. Sınaqlarda iştirak edən şəxslərin baş dərisinə beynin elektrik aktivliyini qeyd edən sensorlar bərkidilir. Onlara ardıcıl şəkillər, o cümlədən təkrarlanan təsvirlər göstərilir. Sistem beynin tanış şəkillərə reaksiyasını izləyir.

Bristol Universiteti ilə birgə keçirilən ilkin tədqiqatda 54 sağlam könüllü və yüngül koqnitiv pozuntuları olan 52 nəfər iştirak edib. Əşyaları yadda saxlama qabiliyyətinin zəifləməsi ilə xarakterizə olunan amnestik pozuntusu olan pasiyentlərin reaksiyası xeyli zəif olub. Məhz bu kateqoriyadan olan insanlarda Alzheimer xəstəliyinin inkişaf riski daha yüksəkdir.

Müəlliflərin qeyd etdiyinə görə, test cəmi üç dəqiqə vaxt aparır və ev şəraitində tətbiq oluna bilər ki, bu da iştirakçılar üçün stresi azaldır. Hazırda genişmiqyaslı klinik sınaqlar davam edir. Əgər əlavə araşdırmalar zamanı metodun effektivliyi təsdiqlənərsə, yeni test klinik təcrübədə istifadə edilə bilər. Alimlərin sözlərinə görə, bu üsul sayəsində həkimlər xəstəliyi erkən mərhələdə aşkarlaya və ən əlverişli dövrdə müalicəyə başlaya biləcəklər.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər