Alimlər komadan çıxma ehtimalını 13 saniyəyə qiymətləndirməyin yolunu tapıblar

Alimlər komadan çıxma ehtimalını 13 saniyəyə qiymətləndirməyin yolunu tapıblar
30.06.2026 03:00 Sağlamlıq

13 saniyə davam edən və göz bəbəklərinin işığa reaksiyasını ölçən test ağır kəllə-beyin travması keçirmiş pasiyentin şüurunun bərpa olunub-olunmayacağını proqnozlaşdırmağa kömək edə bilər.

TodayPress TV xəbər verir ki, Danimarkanın Kopenhagen Universitet Xəstəxanasının alimləri bu nəticəyə gəliblər.

Ağır beyin zədələrindən sonra bir çox pasiyent uzun müddət huşsuz vəziyyətdə qalır və həkimlər onların vəziyyətinin yaxşılaşacağını proqnozlaşdırmaqda çətinlik çəkirlər. Tədqiqatçılar müəyyən ediblər ki, təkcə bəbəyin işığa reaksiyası deyil, onun işıq stimulyasiyası dayandırıldıqdan sonrakı gec reaksiya da mühüm informasiya daşıyır.

Tədqiqatda travmatik və qeyri-travmatik beyin zədələri nəticəsində şüur pozuntusu yaşayan 250 pasiyent, həmçinin 30 sağlam könüllü iştirak edib. Alimlər 20 gün ərzində hər gün avtomatik pupillometriya aparıblar. Bu üsulda portativ cihaz işığa cavab olaraq bəbəyin diametrində baş verən dəyişiklikləri ölçür.

Təhlil göstərib ki, bəbəyin gec reaksiyasının daha ifadəli olması sonrakı yeddi gün ərzində şüurun yaxşılaşması ehtimalının artması ilə əlaqəlidir. Tədqiqat müəlliflərinin sözlərinə görə, işığa gec reaksiya adi nevroloji müayinə zamanı hələ yaxşılaşma əlamətləri görünməsə belə, beyinin bərpa potensialının qorunub saxlandığını göstərə bilər.

Test hər göz üçün təxminən 13 saniyə çəkir və artıq bir çox reanimasiya şöbəsində istifadə olunan avadanlıq vasitəsilə həyata keçirilə bilər.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUN 2026
Konqoda Eboladan ölənlərin sayı 360 nəfərə çatdı 22:59 Alimlər komadan çıxma ehtimalını 13 saniyəyə qiymətləndirməyin yolunu tapıblar 22:32 "Real Madrid" və Florentino Peres Venesuelaya yardım edəcəklər 01:01 "Çikaqo Fayr" Levandovskini transfer etdiyini açıqladı 01:00 Pezeşkian ABŞ-yə mesaj verdi: Razılaşmaya əməl etsəniz... 00:55 Çindəki məşhur şüşə körpü çat verdi 23:49 Şahbaz Şərif Türkiyə və İrana səfər edəcək 00:12 Tramp: Biz hərbi cəhətdən qalib gəlirik 23:57 İsrail HƏMAS-ın yeraltı obyektlərinə zərbələr endirdi 23:47 Xameneinin müavini yol qəzasında həlak oldu 23:36 Türkiyədə meşə yanğını yaşayış məntəqələrinə sıçradı 23:19 DÇ-2026: Yaponiyanı məğlub edən Braziliya 1/8 finala yüksəldi - VİDEO 23:17 Bakıda qadın evinin həyətində ölü tapıldı 22:47 Dünya Bankından Bakıya 410 milyon dollarlıq dəstək 22:56 Ölkəsinin gələcəyindən danışdı - “Bizə rahatlıq verməyəcəklər” 22:49 Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1719 nəfərə çatdı 22:36 Zelenskidən sensasion açıqlama: Putinə sülh təklifini Lukaşenko çatdırıb 22:30 “Qurani-Kərim”lə bağlı dediyi sözlərə görə haqqında araşdırma başlandı 22:21 Neymar və Messi Venesueladakı zərərçəkənlərə kömək üçün külli miqdarda pul köçürdülər 20:28 Putinin müsahibəsindən 6 dəqiqəlik hissənin çıxarıldığı iddia olunur 22:00 Cüdoçularımız Avropa çempionatında 5 medal qazandılar 21:49 Türkiyə Ankarada keçiriləcək NATO sammitindən gözləntilərini açıqladı 21:41 Almaniyada 26 nəfər suda boğularaq həyatını itirib - Bu səbəbdən 19:52 Rusiya yenidən hücuma keçdi: Zaporojyedə inzibati bina vuruldu - VİDEO 21:22 Ermənistan parlamentinin sədr müavinliyinə namizəd oldular 21:15 Bütün Xəbərlər