Ağciyər Xəstəlikləri Mərkəzinin Pulmonologiya Xəstəxanasının açılışı oldu

Ağciyər Xəstəlikləri Mərkəzinin Pulmonologiya Xəstəxanasının açılışı oldu
03.12.2025 17:59 Sağlamlıq

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Ağciyər Xəstəlikləri Mərkəzinin Pulmonologiya Xəstəxanasının açılışı baş tutub.

TodayPress TV xəbər verir ki, açılış mərasimində TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, TƏBİB-in İxtisaslı tibbi xidmətin təşkili departamentinin rəhbəri Nəzrin Mustafayeva, Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov və digər rəsmi şəxslər iştirak edib. 

Tibb müəssisəsində görülən işlərlə bağlı məlumat verən Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru N.Rəhmanov bildirib ki, Pulmonologiya Xəstəxanası ölkəmizdə tənəffüs sistemi xəstəliklərinin diaqnostikası və müalicəsi üzrə ixtisaslaşmış yeganə tibb müəssisəsidir. Onun sözlərinə görə, belə bir xəstəxananın istifadəyə verilməsi tənəffüs sistemi xəstəliklərinin erkən aşkarlanması və müalicəsində yeni mərhələ açır. 

Xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində pasiyentlər ilkin mərhələdə xəstəliyin ağırlıq dərəcəsinə uyğun olaraq triaj olunur və müvafiq şöbələrə yönləndirilir. 

Ambulator şöbədə pulmonoloq, ftiziatr, terapevt, spirometriya, elektrokardioqrafiya (EKQ) bronxoskopiya, o cümlədən prosedur otaqları yaradılıb.

40 çarpayılıq stasionar şöbələrdə isə palatalar müasir tələblərə uyğunlaşdırılıb və hər biri  havalı döşəklə, çoxfunksiyalı çarpayılarla tam təmin olunub. 

6 çarpayılıq Reanimasiya və intensiv terapiya şöbəsi süni ventilyasiya cihazları, defibrillyator, monitor kompleksləri və digər müasir tibbi avadanlıqlarla təchiz olunub. Burada həyati göstəriciləri risk altında olan, xüsusi baxım tələb edən pasiyentlərə 24 saat ərzində fasiləsiz tibbi yardım göstərilir. Şöbədə müasir innovasiyaların tətbiqi nəticəsində pasiyent təhlükəsizliyinin təmin olunması, o cümlədən vaxtında reanimasiya tədbirlərinin həyata keçirilməsi üçün zəruri imkanlar yaradılıb. Müşahidə postundan mərkəzləşdirilmiş monitor vasitəsilə hər bir pasiyentə fasiləsiz video-nəzarət aparılır və kardio-monitorların göstəriciləri davamlı şəkildə izlənilir.

Bundan əlavə Pulmonologiya Xəstəxanası müasir standartlara uyğun şəkildə süni ventilyasiya cihazları, mərkəzləşdirilmiş oksigen və vakuum sistemləri ilə təchiz olunub. 

Şüa-diaqnostika müayinələrində çevikliyin təmin olunması üçün rəqəmsal stasionar rentgen və ultrasəs müayinəsi (USM) cihazları quraşdırılıb, laboratoriya testlərinin və instrumental müayinələrin aparılması üçün lazımi şərait yaradılıb. 

Tibb müəssisəsində Qeydiyyat, Aptek, Texniki dəstək bölmələri ilə yanaşı, qazanxana, camaşırxana, təsərrüfat otaqları və anbar üçün ayrıca köməkçi sahələr mövcuddur.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
İngiltərəni çempion edən azərbaycanlı bu gün 100 yaşındadır -VİDEO 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 Bütün Xəbərlər