Qaz təchizatı sektorunda tənzimləyicinin vəzifələri müəyyənləşdirilir

Qaz təchizatı sektorunda tənzimləyicinin vəzifələri müəyyənləşdirilir
10.06.2025 15:09

Azərbaycanın qaz təchizatı sektorunda qazın nəqli, paylanması, saxlanması, satışı və istehlakı sahələrində dövlət tənzimlənməsini və nəzarətini həyata keçirən və statusu qanunla müəyyən edilən qurum tənzimləyici hesab olunacaq.

TodayPress TV xəbər verir ki, bu, “Qaz təchizatı haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, qaz təchizatı sektorunda tənzimləyici aşağıdakıları həyata keçirəcək:

- qaz təchizatı sektorunda tənzimlənən qiymətlərin (tariflərin) müəyyən olunması qaydalarını təsdiq edəcək;

- qaz təchizatı sektorunda tənzimlənən qiymətləri (tarifləri) müəyyən edir;

- qaz təchizatı subyektləri tərəfindən icazə şərtlərinə, habelə həmin subyektlər və istehlakçılar tərəfindən qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə riayət edilməsinə nəzarət edəcək;

- qaz təchizatı subyektləri üçün ödənilməsi məcburi olan, bu Qanunun 8-ci maddəsində nəzərdə tutulan tənzimləmə haqqının məbləğini hesablayır və həmin subyektlərə bildirəcək;

- qaz təchizatı subyektləri arasında yaranan mübahisələrə və istehlakçıların şikayətlərinə baxacaq;

- sistem operatorlarının qaz itkilərinin hesabat dövrü üçün normativ göstəricilərinin müəyyənləşdirilməsi qaydalarını təsdiq edəcək;

- qazın keyfiyyət göstəricilərinin (tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti) qaz təchizatı sahəsini tənzimləyən texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət edəcək;

- qaz təchizatı subyektlərinin və qaz şəbəkələrinin mövsümi hazırlığının təmin edilməsinə nəzarət edəcək;

- qaz təchizatı subyektlərinin hər il üzrə gəlir və xərclər smetalarının razılaşdırılmasında və onların icrasına nəzarətin həyata keçirilməsində iştirak edəcək;

- qaz təchizatı subyektlərinin təqdim etdikləri iş və xidmətlərin keyfiyyətinə dair tələbləri müəyyən edəcək;

- qaz təchizatı sektorunda fəaliyyətin həyata keçirilməsinə dair təlimatları təsdiq edəcək;

- kommersiya uçotu qaydalarını təsdiq edəcək.

Layihəyə görə, bundan başqa, tənzimləyici aşağıdakılar daxil olmaqla, qaz təchizatı sektorunun monitorinqini həyata keçirəcək:

- icazə tələb olunan fəaliyyət növlərinin həyata keçirilməsində şəffaflığın;

- qaz təchizatı subyektlərinin qaz qurğularının texniki göstəricilərinin;

- qaz şəbəkələrinə qoşulmanın;

- qaz təchizatı sektorunda satıcı-istehlakçı münasibətlərinin;

- qaz qurğularının etibarlı istismarının.

Tənzimləyici tərəfindən qaz təchizatı sektorunu tənzimləyən qanunlar və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktlarla müəyyən edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə riayət edilməsinin qiymətləndirilməsi məqsədilə sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

Qaz təchizatı sektorunda dövlət nəzarətinin həyata keçirilməsi zamanı qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinin pozulması halları aşkar edildikdə, onların aradan qaldırılması ilə bağlı tənzimləyici tərəfindən yazılı göstərişlər verilir. Həmin yazılı göstərişlərin icrası qaz təchizatı subyektləri və istehlakçılar üçün məcburidir.

XƏBƏR LENTİ
31 IYUL 2026
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bütün Xəbərlər