“Günəşli” yatağından hasil olunan neft və qazın həcmi açıqlandı

“Günəşli” yatağından hasil olunan neft və qazın həcmi açıqlandı
05.06.2025 13:22

"Günəşli" yatağında (dayaz sulu hissəsi – red.) işlənmənin əvvəlindən (01 aprel 2025-ci il tarixinə olan məlumata görə - red.) 209,2 mln. ton neft (kondensatla birlikdə) hasil olunub.

TodayPress TV SOCAR-ın məlumatlarına istinadən xəbər verir ki, hesabat dövründə yataqdan 136,5 milyard m3-dən çox qaz hasil olunub.

Məlumata görə, "Günəşli" yatağında, ümumilikdə, 371 quyu qazılıb, onlardan 274 quyu istismardadır.

Qeyd edək ki, “Günəşli” strukturu 1958-1963-ci illərdə seysmik kəşfiyyat işləri nəticəsində müəyyən olunub. 1 nömrəli kəşfiyyat quyusu 1977-ci ildə qazılıb və yatağın tammiqyaslı istismarına başlanılıb.

"Günəşli" yatağından hasil olunan neft yüksək keyfiyyətə malikdir - o, tərkibinə və özlülüyünə görə "Azeri Light" markasına tam uyğundur. "Günəşli" nefti olduqca yüngüldür, onun tərkibində asfalten, qətran və parafinin miqdarı azdır. Şəffaf məhsulların (benzin, kerosin, liqroin, dizel yanacağı və s.) miqdarı 50% təşkil edir.

"Günəşli" yatağı SOCAR-ın "Azneft" İB-in 28 May adına NQÇİ tərəfindən istismar olunur. "Azneft" İB üzrə hasilatın 55 %-dən çoxunu "Günəşli" yatağı verir. Yataqda 14 dərin dəniz özülü fəaliyyət göstərir.

XƏBƏR LENTİ
15 IYUN 2026
Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Arda Turan Ukraynada ilin məşqçisi seçildi 18:33 Bütün Xəbərlər