BTC ilə indiyədək 4,6 milyard barel neft nəql edilib

BTC ilə indiyədək 4,6 milyard barel neft nəql edilib
07.08.2025 14:05

Bu ilin birinci yarısı ərzində Bakı-Tbilisi-Ceyhan neft kəməri (BTC) üzrə əməliyyat xərclərinə təxminən 60 mln. ABŞ dolları, əsaslı xərclərə isə 30 mln. dollar vəsait xərclənib.

TodayPress TV bu barədə BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin üçüncü yarısının nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, 1768 km uzunluğunda olan BTC boru kəməri ilə 2006-cı ilin iyun ayında istismara veriləndən 2025-ci ilin birinci yarısının sonunadək ümumilikdə təqribən 605 mln. ton (təqribən 4,6 mlrd. barel) xam neft nəql edilib və Ceyhanda 6 007 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

“Bu ilin birinci yarısı ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 13 mln. ton (təxminən 106 mln. barel) xam neft və kondensat Ceyhan terminalında 145 tankerə yüklənib və yola salınıb”, - hesabatda bildirilir.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.

BTC Ko.-nun səhmdarları: bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni (5,00%), “TotalEnergies” (5%), ITOÇU (3,40%), ONGC Videş (3,10%), EksonMobil (2,50%) və İNPEKS (2,50%) şirkətləridir.

XƏBƏR LENTİ
02 AVQUST 2026
Ermənistan Prezidenti Paşinyanı Baş nazir təyin etdi 14:24 "Qəbələ" Artur Mottanı heyətinə qatdı 14:57 Yeni Zelandiyada 5,6 bal gücündə zəlzələ baş verdi 14:17 Tehran Qətərin vasitəçilik iddialarını təkzib etdi: "Hörmüz boğazı açılmayacaq" 14:08 Afrikanın ən böyük nəqliyyat infrastrukturlarından birinə Trampın adı qoyuldu – Detallar 13:47 Avqustun 3-də hava necə olacaq? 12:54 Cənubi Koreyada tarixi anomal isti - Milli rekord yeniləndi 11:48 Tramp və Məhəmməd bin Salman Yaxın Şərqdəki vəziyyəti dəyərləndirdilər 12:25 Kartdan-karta köçürmələrə YENİ LİMİT - Bu tarixdən etibarən... 12:30 Azərbaycan istehsalı olan “Addım” filmi beynəlxalq festivala vəsiqə qazandı 12:09 İsrail Qəzzada HƏMAS-ın iki yüksəkvəzifəli üzvünü hədəf aldı 11:31 Macarıstan tarixdə İLK - Pakş AES fəaliyyətini dayandırır 09:48 İlham Əliyev və Mehriban Əliyeva Nəriman Həsənzadənin vida mərasiminə əklil göndərib 11:03 Ermənistan hökuməti istefa verdi 10:49 Rusiya və Ukrayna arasında danışıqlar bərpa olunur - Rubio elan etdi 09:33 Sloveniya dövlət başçısı yol qəzası keçirdi 09:52 DİM bu gün dövlət qulluğuna qəbul imtahanı keçirəcək 09:39 Əməkdar hüquqşünas vəfat etdi 09:27 ABŞ-də restorana silahlı HÜCUM: Ölən və yaralananlar var 09:13 Tramp hücumları DAYANDIRDI - Hörmüz açılır? 09:05 60 yaşdan sonra səhər yeməyində bunu yeyin: Əzələləri və sümükləri qoruyur 21:38 Pişiyiniz sizi neçə il xatırlayır? Alimlərdən təəccübləndirən cavab 21:52 KDR tarixinin ən ağır Ebola epidemiyası yaşanır 01:49 Boynu qəfil fırlatmaq insulta səbəb ola bilər? - Mühüm xəbərdarlıq 01:41 Rumıniya AES-i fəaliyyətini dayandıra bilər - Səbəb nədir? 01:34 Bütün Xəbərlər