"Azeri Light" yenidən ucuşlaşır – Risklər AÇIQLANDI!

"Azeri Light" yenidən ucuşlaşır – Risklər AÇIQLANDI!
17.10.2025 15:47

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 63,15 ABŞ dollarına enib. Türkiyənin Ceyhan limanında isə bu göstərici 61,41 dollar təşkil edib. 

Halbuki Azərbaycanın dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 dollar səviyyəsində nəzərdə tutulub.

Bu vəziyyətin Azərbaycanın büdcəsinə və investisiya planlarına təsiri ilə bağlı TodayPress TV-yə danışan iqtisadçı ekspert Toğrul Vəliyev bildirib ki, son dövrlərdə neftin qiyməti mütəmadi olaraq 70 dollardan aşağı düşür və əsas məsələ bu azalmanın davamlı olub-olmaması ilə bağlıdır.

“Azərbaycan iqtisadiyyatı hələ də neft gəlirlərindən ciddi şəkildə asılıdır. Buraya həm Dövlət Neft Fondunun gəlirləri, həm də büdcədən həyata keçirilən investisiya xərcləri daxildir. Əgər neftin qiyməti uzun müddət 70 dollardan aşağı qalarsa, bu, dövlət büdcəsi üçün ciddi problem yarada bilər”, –  ekspert qeyd edib.

Onun sözlərinə görə, hazırda vəziyyət kritik deyil, lakin gələn il üçün risklər artmaq ehtimalı mövcuddur:

“Bu il üçün vəziyyət sabitdir, amma gələn il gəlirlərin azalması və iqtisadiyyatda müəyyən çətinliklərin yaranması mümkündür. Həm investisiyaların azalması, həm də qeyri-neft sektorunun inkişafında ləngimə riski var”. 

Ekspert onu da bildirib ki, qısamüddətli qiymət dəyişiklikləri böyük təsir göstərmir, lakin qiymət səviyyəsinin uzun müddət aşağı qalması fəsadlara gətirib çıxara bilər. Bu da öz növbəsində ölkə iqtisadiyyatı üçün fəsadları qaçılmaz edəcək.

Jalə Rövşən 

TodayPress TV

FOTOLAR

"Azeri Light" yenidən ucuşlaşır – Risklər AÇIQLANDI! — 1
XƏBƏR LENTİ
12 AVQUST 2026
"Silahları Aİ-yə satırıq, onlar Ukraynaya verir" - Tramp 01:10 Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırılacaq? 00:49 "Fənərbağça" Çempionlar Liqasının pley-offuna yüksəldi! 00:54 Sədərək–Binə yolunda yük maşını yanır - VİDEO 00:20 Vaşinqtonda Ermənistan-Azərbaycan-ABŞ üçtərəfli görüşü keçirilib 22:12 "Putin rusların müharibəni dəstəklədiyini göstərmək istəyir" - Zelenski 00:06 "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşdi! 00:00 Hörmüzdə günlük daşınma 9 milyon barelə çatıb - ABŞ energetika naziri 23:48 Husilər Səudiyyə Ərəbistanına zərbələr endirdiklərini ELAN ETDİ 23:37 Kolumbiyada zəlzələ qurbanlarının sayı artmaqda davam edir 23:16 Prezident sabah kənd təsərrüfatı ilə bağlı Sərəncam imzalayacaq 23:18 “Beşiktaş” Duşan Vlahoviçin transferi ilə bağlı razılığa gəldi! 22:58 Prezident: Ordubadda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur 23:01 "Orhus"un baş məşqçisi: "Sabah" kimi güclü komandalar səhvləri bağışlamırlar 22:51 Yunanıstanın Baş Naziri xəstəxanaya aparıldı 22:45 Prezidentin sosial şəbəkə hesabında Naxçıvana səfəri ilə bağlı videoçarx paylaşıldı 22:53 ABŞ rəsmisi ELAN ETDİ: İsrail-Livan danışıqları BU tarixdə baş tutacaq! 22:25 İlham Əliyev: Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır 22:41 Prezident: Azərbaycan yerləşdiyimiz regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr sırasında birincidir 22:38 Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq 22:35 Rusiyanın büdcə gəlirləri ARTIB: Yanvar-iyul göstəriciləri açıqlandı 22:21 Prezident Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub 22:13 900 illik memarlıq irsi Naxçıvanda belə əbədiləşdirildi - Prezident açılış etdi 22:05 İlham Əliyevin Azərbaycan Televiziyasına MÜSAHİBƏSİ 22:00 Çempionlar Liqası: "Sabah" darmadağınla tarixi uğura imza atır - YENİLƏNDİ - VİDEO 20:08 Bütün Xəbərlər