Avropada qazın qiyməti kəskin artdı

Avropada qazın qiyməti kəskin artdı
09.03.2026 13:45

Qlobal enerji təchizatı üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazında ticarət gəmiçiliyinin demək olar ki dayanması və Qətərə məxsus mayeləşdirilmiş təbii qaz (LNG) obyektində istehsalın dayanması Avropada qaz qiymətlərinin sürətlə artmasına səbəb olub.

TodayPress TV xəbər verir ki, Avropanın əsas qaz ticarət platforması olan TTF-də fevralın 27-də (ABŞ və İsrailin İrana hücumlarından əvvəl) aprel fyuçersləri üzrə qazın qiyməti meqavat-saat üçün 31,95 avro təşkil edirdisə, Yaxın Şərqdə müharibə fonunda ötən bir həftədə qiymətlər 67% artaraq 53,4 avroya yüksəlib. Bu gün Bakı vaxtı ilə saat 11:00-də isə 68,5 avroya qədər artıb.

Beləliklə, qiymətlər birjanın açılışında ötən həftənin cümə günü qeydə alınan bağlanış səviyyəsi ilə müqayisədə 28,5% yüksəlib.

Eyni zamanda Avropanın qaz anbarlarında doluluq səviyyəsinin 30%-dən aşağı düşməsi də qiymətlər üzərində əlavə yüksəliş təzyiqi yaradır.

Qeyd edək ki, dünyada LNG ixracının təxminən 20%-i Hörmüz boğazı vasitəsilə həyata keçirilir. Dünyanın ən böyük LNG ixracatçılarından biri olan Qətərin ixrac etdiyi mayeləşdirilmiş qazın isə təxminən 93%-i bu marşrutla beynəlxalq bazarlara çatdırılır.

Məlumata görə, İran tərəfindən Hörmüz boğazından keçən, xüsusilə ABŞ və İsraillə əlaqəli ticarət gəmilərinə hücumlardan sonra 7 mart tarixinə qədər boğazdan yalnız bir gəmi keçə bilib, neft və ya LNG daşımaları isə faktiki olaraq həyata keçirilməyib.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Bütün Xəbərlər