Yasamalda 3 can alan yanğınla bağlı ilk məhkəmə - Proses niyə təxirə salındı?

Yasamalda 3 can alan yanğınla bağlı ilk məhkəmə - Proses niyə təxirə salındı?
19.08.2026 20:26

2025-ci il noyabrın 21-də paytaxtın Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar məsuliyyətə cəlb olunan "TAXES GROUP" MMC-nin (Loft Klinika) qanuni təmsilçisi - direktoru Bəhruz Paşayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

TodayPress TV Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən proses təqsirləndirilən Bəhruz Paşayevin hüquqlarını müdafiə edən vəkilin prosesdə iştirak etməməsi səbəbindən təxirə salınıb.

Buna görə də məhkəmə tərkibi vəkilin məhkəməyə hər hansı üzrlü səbəb göstərmədiyini və bununla bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyətinə məlumat veriləcəyini təqsirləndirilən şəxsin nəzərinə çatdırıb.

Növbəti proses sentyabrın 9-na təyin edilib.

Qeyd edək ki, ötən il noyabrın 21-də paytaxtın Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

İstintaq zamanı aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və müvafiq ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, çoxsaylı istintaq hərəkətləri icra edilib.

Hazırkı vaxtadək keçirilmiş tədbirlərlə müəyyən edilib ki, binanın zirzəmisində başlamış yanğın nəticəsində üç sakin - Arzu Qəmbərli, Samir Məhəmmədov və Könül Hümbətova vəfat edib, 25 nəfər tüstüdən zəhərlənib, habelə müxtəlif şəxslərə məxsus əmlaka ziyan dəyib.

Həmçinin istintaqla hadisənin baş verdiyi binanın zirzəmi qatı və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini icarəyə götürmüş "TAXES GROUP" MMC-nin (Loft Klinika) qanuni təmsilçisi - direktoru Bəhruz Paşayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları pozaraq ehtiyatsızlıqdan üç şəxsin ölümünə, habelə digər ağır nəticələrə səbəb olmasına dair əsaslı şübhələr müəyyən edilib.

Noyabrın 23-də Bəhruz Paşayev şübhəli şəxs qismində tutulub, noyabrın 24-də isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında B.Paşayev barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Onu da qeyd edək ki, vəfat edən Arzu Qəmbərli Vəkillər Kollegiyasının üzvü Əli Qəmbərovun övladı olub.

Bundan başqa, digər vəfat edən Könül Hümbətova Bakı Milli Geyim Evinin rəhbəri olub.

XƏBƏR LENTİ
19 AVQUST 2026
40 il öncə Qarabağı alovlandıran Aqanbekyan GÜNDƏMDƏ 21:31 Azərbaycandakı bu yol qalib oldu 21:22 Ayxan Cavadov dünya çempionu oldu 21:11 “Hörmüz boğazında bircə amerikalı göstərin” - SEPAH ABŞ-ni “ələ saldı” 21:05 İrəvanın Bakı planı: Ermənistan növbəti 5 ildə nə edəcək? 20:52 Fedorovun təklifi “havada qaldı, raketlərlə toqquşdu” 20:41 Yasamalda 3 can alan yanğınla bağlı ilk məhkəmə - Proses niyə təxirə salındı? 20:25 Tokayev Nazarbayevin “qalıqlarını” yox etməyə davam edir - YENİ QƏRAR 20:14 İxtisas seçiminin nəticələri nə vaxt açıqlanacaq? 19:58 Tramp İrandan danışdı: “Bəlkə də nə vaxtsa…” - VİDEO 19:49 İran Kaliforniyanı öz ərazisi elan etdi - Trampa “şillə” kimi cavab 19:42 Pensiya kapitalı ilə bağlı vətəndaşları sevindirəcək xəbər! 19:30 İki gün əvvəl meyiti tapılan qadın tanınmış aparıcının anası imiş 19:16 Xətaidə yanğın başladı - VİDEO 18:58 İsrail Rusiyanı “arxayınlaşdırdı”: “Ukraynaya silah vermirik” 18:50 Bu gün son gündür - Abituriyentlərin NƏZƏRİNƏ! 18:35 Tezalışan maye olan çənin qapağı qopdu - GÜCLÜ YANĞIN 18:22 Məşhur kabab evində at DNT-si tapıldı 18:11 Putin Ukraynanın hücumlarını ciddiyə almır: “Nəticəsi yoxdur” 18:05 Fransa sağalmaz xəstələr üçün "ölüm qanunu"nu təsdiqlədi 16:51 XİN: Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstək göstərməyə davam edir 17:55 Avropadakı ABŞ bazaları hədəfdədir? NATO Türkiyə səmasında vurulan raketləri xatırlatdı 16:44 “Qarabağ”ın əsas oyunçusu “Tvente” səfərini buraxa bilər! 17:39 İranın Avropaya zərbə endirmək planları üzə çıxdı 16:13 Saynsdan “Williams”ə sədaqət mesajı: “Komandanı zirvəyə qaytarmaq istəyirəm” 17:25 Bütün Xəbərlər