Qanunsuz nərə balığı və kürüsü satan şəxslərlə bağlı reydlər davam edir

Qanunsuz nərə balığı və kürüsü satan şəxslərlə bağlı reydlər davam edir
10.09.2025 17:00

Sosial şəbəkələr vasitəsilə dənizdən ovlanmış balıq adı altında müxtəlif dəniz məhsullarının, o cümlədən nərə kürüsünün qanunsuz satışını həyata keçirən şəxslərlə bağlı araşdırmalar davam edir.

TodayPress TV xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin nümayəndələrinin Su Nəqliyyatında Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsinin əməkdaşları ilə birgə keçirdiyi reyd nəticəsində bu cür qanunsuz fəaliyyətlə məşğul olan şəxslər müəyyən edilib.

Reyd zamanı onlardan bir ədəd 8 kiloqramlıq nərə balığı, hər birinin çəkisi 1355 qram olan 3 ədəd və hər birinin çəkisi 113 qram olan 7 ədəd xüsusi qablaşdırılmış bankalarda nərə kürüsü aşkarlanıb. İlkin ekspertizanın rəyinə görə, satılan balıq məhsullarının təsərrüfat şəraitində yetişdirildiyi ehtimal olunur. 

Faktla bağlı istintaq davam edir.

İctimaiyyətə bir daha xatırladırıq ki, qanunsuz balıq ovu və qadağan olunmuş balıqların ovlanması, emalı və satışı qadağandır və bu kimi hallara yol verən şəxslər barəsində qanuni tədbirlər görüləcəkdir.

TodayPress TV

FOTOLAR

Qanunsuz nərə balığı və kürüsü satan şəxslərlə bağlı reydlər davam edir — 1
Qanunsuz nərə balığı və kürüsü satan şəxslərlə bağlı reydlər davam edir — 2
XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər