Bakıda uşağını küçəyə atan ana axtarılır

Bakıda uşağını küçəyə atan ana axtarılır
16.02.2026 10:41 Hadisə

Bakıda ana öz azyaşlı övladına qarşı qeyri-insani rəftar nümayiş etdirib. 

TodayPress TV xəbər verir ki, gecə saatlarında qızını küçənin ortasında tərk edən qadın uşağa təkbaşına sığınacağa getməsini tapşıraraq ərazidən uzaqlaşıb.

Hadisə gecə saat 1 radələrində baş verib. Sığınacaqdan təxminən 200-300 metr aralıda anası tərəfindən tərk edilən azyaşlı qız qaranlıq küçələrlə təkbaşına hərəkət edərək sığınacağın qapısına qədər gəlib çıxa bilib.

Sığınacağın əməkdaşları uşağı qarşıladıqdan sonra dərhal ətraf ərazidə ananı axtarsalar da, onu tapmaq mümkün olmayıb. Sığınacaq rəsmiləri baş verən hadisənin böyük stres və həyəcan yaratdığını bildiriblər:

"Uşaq təkbaşına gəlib sığınacağa. O, yolu tapmaya bilərdi, kimsə onu qaçıra bilərdi və ya qaranlıq küçədə başına başqa bir iş gələrdi. Kameralara baxanda dəhşətə gəlirik ki, bu uşaq necə gəlib bura çıxıb? Bu hərəkətin heç bir bəhanəsi ola bilməz".

Hazırda faktla bağlı araşdırma aparılır və uşağı təhlükədə qoyan valideynin müəyyən edilməsi istiqamətində işlər görülür.
(Baku.tv)

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Bütün Xəbərlər