Naxçıvanda uşağa peyvəndi səhv vurdular, izi itirmək üçün sənədləri saxtalaşdırdılar - İDDİA

Naxçıvanda uşağa peyvəndi səhv vurdular, izi itirmək üçün sənədləri saxtalaşdırdılar - İDDİA
03.07.2026 12:50

AMEA Folklor İnstitutu Qərbi Azərbaycan folkloru şöbəsinin müdir müavini, filologiya üzrə fəlsəfə doktoru Elyar İslamoğlu Naxçıvanda azyaşlı uşağa səhv peyvənd vurulduğu və sonradan tibbi sənədlərin saxtalaşdırıldığı ilə bağlı iddialarla çıxış edib.

TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, sözügedən hadisədə azyaşlı uşağa səhv peyvənd vurulduğu, daha sonra isə izi itirmək və valideynləri aldatmaq məqsədilə sənədlərin saxtalaşdırıldığı iddia olunur.

Elyar İslamoğlu bildirib ki, belə iddialar cəmiyyət üçün ciddi narahatlıq doğurur və hərtərəfli araşdırılmalıdır:

“İddialara görə, azyaşlı uşağa səhv peyvənd vurulub, sonra isə izi itirmək və valideynləri aldatmaq üçün sənədlər saxtalaşdırılıb. Belə hallara görə uşaqlar peyvənddən sonra şikəst olur, danışa bilmir, qulaqları tutulur, görmə qüsuru yaranır”.

AMEA üzvü həmçinin Naxçıvan Muxtar Respublikası Prokurorluğunun məsələyə münasibətini də tənqid edib:

"Naxçıvan Muxtar Respublikası Prokurorluğu isə həmin şəxsə yalnız şiddətli töhmət verməklə kifayətlənib. Görünür, Prokurorluq əməkdaşları qanunları yaxşı bilmir. Yoxsa uşağa səhv peyvənd vuraraq onun sağlamlığını riskə atmağın, daha sonra sənədləri saxtalaşdırıb valideynə yalan məlumat verməyin cəzasının şiddətli töhmət olmadığını bilməli idilər".

Ekspert əlavə edib ki, məsələ ilə bağlı irəli sürülən iddialar obyektiv və şəffaf şəkildə araşdırılmalıdır:

"İddialar obyektiv və şəffaf araşdırılmalı, qanun pozuntusu təsdiqlənəcəyi təqdirdə isə məsul şəxslər qanun qarşısında cavab verməli, ciddi cəza olmalıdır".

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Naxçıvanda uşağa peyvəndi səhv vurdular, izi itirmək üçün sənədləri saxtalaşdırdılar - İDDİA — 1
XƏBƏR LENTİ
03 IYUL 2026
Ermənistan parlamentinin yeni spikeri ortalığı qatdı - "TÜRK" imiş 14:06 Prezidentin general-leytenant rütbəsi verdiyi nazir kimdir? – DOSYE 13:58 Tarixin ən böyük olaylarından biri: Xameneinin dəfnində 20 milyon insan iştirak edəcək 13:55 Birinci Qarabağ müharibəsinin itkin şəhidi Füzulidə dəfn edildi 13:52 Əhməd əş-Şaraa Netflix ulduzunu parlamentə SEÇDİ 13:38 İran Azərbaycanda millətçiliyi gücləndirməyə çalışır - XAİN PLAN 13:29 Tramp Türkiyədə “qızı” ilə görüşəcək? – Hazırlıqlar başladı, ilginc detallar bilindi/VİDEO 13:17 Hikmət Hacıyev dünya şöhrətli professorla görüşdü 13:05 Goranboyda itkin-şəhid Rauf Əhmədovla vida mərasimi keçirildi 13:01 Naxçıvanda uşağa peyvəndi səhv vurdular, izi itirmək üçün sənədləri saxtalaşdırdılar - İDDİA 12:50 İtkin-şəhid Dəyanət Musayev dəfn edildi 12:47 Alleqri “Napoli”nin baş məşqçisi təyin olundu 12:38 Bakıda marşrut avtobusu ağaca çırpıldı, 11 nəfər yaralandı - VİDEO 12:16 Paşinyan Pezeşkianla Tehranda danışıqlar aparır 12:11 Azərbaycandan Ermənistana tonlarla buğda göndərildi? AÇIQLANDI 12:03 Pakistanda avtobus dərəyə aşdı - 40 nəfər ölüb 11:54 Prezident Aleksandr Lukaşenkoya təbrik ünvanladı 11:34 Paşinyanın ən yaxın silahdaşı belə “vuruldu” – Simonyanla bağlı şok iddialar 11:25 İsrail Qalibaf və Əraqçini hədəfə aldı: sui-qəsd planı belə pozuldu – İnanılmaz detallar 11:22 Fransada anomal istilər qırğın törədir: Bir həftədə 2 mindən çox şəxs... 11:18 Moldovanın Baş naziri istefa verdi 11:11 İlkin hərbi qeydiyyatda əyani təmasa son: Valideynlərin və çağırışçıların işi asanlaşır 11:05 Dövlət torpaqlarını qanunsuz satanlar cinayət məsuliyyətinə cəlb olundu 10:56 Azərbaycan neftinin ucuzlaşması büdcəyə necə təsir edəcək? - AÇIQLANDI 10:37 Ermənistanın ən böyük itkisi, ölkə Xamenei üçün göz yaşı tökür... 10:34 Bütün Xəbərlər