MN korpusunun sabiq maliyyə xidmət rəisi barədə qərar verildi

MN korpusunun sabiq maliyyə xidmət rəisi barədə qərar verildi
23.01.2026 11:47

Müdafiə Nazirliyinin “N” saylı korpusunun keçmiş Maliyyə xidmət rəisi Namiq Mirzəyevin barəsində olan hökmdən verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

TodayPress TV xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, cinayət işində bir epizod üzrə cəlb etmə müddəti keçdiyi üçün Namiq Mirzəyevin şikayəti qismən təmin edilib və cəza 3 ay azaldılıb.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Namiq Mirzəyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. N.Mirzəyev dövlətə vurduğu ziyandan 343 min 810 manatını ödəyib.

O, 6 milyonluq mənimsəmədə təqsirli hesab edilir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsissəsində çəkir.

Bildirək ki, Namiq Mirzəyev ötən ilin avqust ayında DTX-nin vəsatəti əsasında həbs edilib.

Təqsirləndirilən Namiq Mirzəyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham olunur.

(APA)

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Bütün Xəbərlər