Məhkəmədə Davit İşxanyanın döyüş əməliyyatlarında iştirakı sübut edildi

Məhkəmədə Davit İşxanyanın döyüş əməliyyatlarında iştirakı sübut edildi
19.05.2025 20:55
Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Davit İşxanyanın Azərbaycanın vaxtilə işğalda olmuş ərazilərindəki fəaliyyətini, döyüş əməliyyatlarında iştirak etməsini sübut edən videomaterial nümayiş olunub.

TodayPress TV xəbər verir ki, videomaterialda D.İşxanayanın döyüş yoldaşları və onu tanıyanlar təqsirləndirilən şəxs barədə danışırlar.

Alik Sarqsyan onun əlinə ilk silah götürənlərdən biri olaraq, ilk könüllülər dəstəsinin təsisçilərindən, həmçinin ilk bölük və tabor komandirlərindən biri olduğunu vurğulayıb: “O, tarixi bir tapşırığı yerinə yetirib, bunu belə demək olar. Əlinə silah götürməklə, xalqın içində özünümüdafiə ideologiyasını yaymaqla, hamı üçün şəxsən nümunə kimi görünməklə tarixi bir vəzifəni yerinə yetirib”.

Videoda Movses Akopyan isə əminliklə deyib: “Erməni ordusunun yaradılmasının əsasını və ya bünovrəsini qoyanlardan biri bizim döyüş yoldaşımızdır – Davitdir”.

Videomaterialda Araz Koçaryan bildirib: “Bir gün təsadüfən qarşılaşdıq və təcübləndim, Davit İşxanyanın boyununda “sərkərdə Andranikin” medalyonu asılmışdı”.

Hmayak Haroyan onların “Aşan” bölüyü və Monte Molekunyan ilə birlikdə Gülablını mühasirəyə aldığını, nəticədə isə azərbaycanlıların mühasirəyə düşdüyünü vurğulayıb.

Abrik Hayrapetyan da deyib ki, “Avo” qoşunda, tabor komandiri kimi, Daviti yüksək səviyyədə dəyərləndirib.

Ermənilər tərəfindən çəkilən kadrlarda Davit İşxanyan “azadlıq uğrunda mübarizə aparan tələbə hərəkatı” qabaqcıllarından biri, “Aşan” kəndinin “özünümüdafiə dəstəsi”nin komandiri, “özünümüdafiə ordusu”nun 28-ci taborunun komandiri, müharibədən sonra isə ictimai və siyasi xadim kimi təqdim edilir.

Kadrlarda Davit İşxanyan bildirib: “Artıq çoxları tərəfindən hiss olunurdu və nəzərə çarpırdı ki, bu hərəkat öz məntiqi sonluğuna yalnız silahlı toqquşmalar və müharibə yolu ilə çatacaq. Çalışırdıq ki, azərbaycanlılar üçün o dəhşəti atmosferi yaradaq. Bizim əsas tapşırığımız müdafiə xəttini təmin etmək idi. Biz o əməliyyatda iştirak etməyi çox arzulayırdıq, lakin bizim tapşırığımız başqa idi. Monte Melkonyan tərəfindən Abdal Gülablı əməliyyatı təşkil olundu, lakin çox təəssüf ki, o gün biz 6 döyüş yoldaşımızı itirdik. Onların sırasında həmçinin Armen Avakyan da var idi. Bundan sonra çox ağır bir dövr oldu. 1992-ci ilin sentyabrın 4-5-də o kəndi azad edə bildik. Qarşımıza qoyulan tapşırıq Xocavənd bölgəsində qüsursuz yerinə yetirildi və Ağdam bizim ümumi nəzarətimizə keçdi. Azadlıq uğrunda gedən döyüşlər bitdikdən sonra taborun uşaqları Ağdərə rayonunda gedən döyüşlərdə də iştirak etdilər və demək olar ki, 1994-cü ilin may ayında atəşkəs təsdiq olunana qədər davam edən döyüş əməliyyatlarında iştirak etdilər”.

Dövlət ittihamçısının suallarını cavablandıran D. İşxanyan Abdal Gülablı, Füzulinin Aşağı Veysəlli ilə Cardar arasındakı təpənin, Ağdərənin işğal olunması əməliyyatlarında iştirak etdiyini təsdiq edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 22-də davam etdiriləcək.

XƏBƏR LENTİ
30 IYUL 2026
Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Bütün Xəbərlər