Masallıda 18 yaşlı qız itkin düşdü

Masallıda 18 yaşlı qız itkin düşdü
22.05.2025 23:10

Masallıda 11 gündür itkin düşmüş hesab edilən 18 yaşlı yeniyetmə ilə bağlı bəzi təfərrüatlar məlum olub.

TodayPress TV "APA"a istinadən bildirir ki, Masallı rayonunun Çaxırlı kənd sakini, 2007-ci il təvəllüdlü Şəfa Fətullayeva may ayının 11-də gecə saat 23:00 radələrində yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata əsasən, Şəfa Fətullayevanın itkin düşməsi ilə bağlı daxil olan müraciət əsasında axtarış elan edilib və onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

İtkin düşmüş hesab edilən Şəfa ilə bağlı bəzi təfərrüatlar məlum olub. Kənd sakinlərinin sözlərinə görə, ailə uzun illərdir ki, Rusiya Federasiyasında yaşayıb. Ailə bir neçə ay bundan əvvəl Azərbaycana qayıdıb.

Ailədaxili problemlər də bundan sonra başlayıb. Sakinlər, valideynlərin ayrıldığını və hazırda kənddə yaşamadıqlarını bildirirlər. Şəfanın da Bakı şəhərində anası və ya yaxın qohumlarından birinin yanında olduğu ehtimal edilir.

Hazırda deyilənlərə baxmayaraq polis əməkdaşları 18 yaşlı qızın axtarışlarını davam etdirir

XƏBƏR LENTİ
30 IYUL 2026
ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Bütün Xəbərlər