Həftəsonu ilə bağlı yol patrul xidmətinin fəaliyyəti daha da intensivləşdirildi

Həftəsonu ilə bağlı yol patrul xidmətinin fəaliyyəti daha da intensivləşdirildi
25.10.2025 11:41

Həftəsonu paytaxt və digər şəhər, rayon sakinlərinin bölgələrə səfərlərinin artması avtomobil yollarında nəqliyyat axınının intensivliyini yüksəldir.

Bu barədə TodayPress TV-yə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən respublika ərazisində təhlükəsizliyin təmin olunması məqsədilə nəzarət-profilaktik tədbirlər gücləndirilib, patrul xidmətinin fəaliyyəti daha da intensivləşdirilib.

Bəzi hallarda sürücülər tərəfindən yol hərəkəti qaydalarına riayət olunmaması, tələskənlik, diqqətsizlik və məsuliyyətsiz davranışlar ağır nəticəli yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.

Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə səfərə çıxmağa hazırlaşan sürücülərə müraciət edərək, mənzil başına təhlükəsiz çatmaq üçün nəqliyyat vasitələrinin texniki sazlığını öncədən yoxlamağı, nasaz avtomobillərlə yola çıxmamağı, sürət həddinə, ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi, həmçinin yol və hava şəraitini nəzərə almağı tövsiyə edir.

Eyni zamanda uzun məsafəli səfərlərdə fasilələrlə hərəkət etmək, yorğun və ya yuxusuz halda sükan arxasına əyləşməmək, diqqəti yayındıran hərəkətlərdən çəkinmək mühüm əhəmiyyət kəsb edir.

TodayPress TV

XƏBƏR LENTİ
19 AVQUST 2026
Ayxan Cavadov dünya çempionu oldu 21:11 “Hörmüz boğazında bircə amerikalı göstərin” - SEPAH ABŞ-ni “ələ saldı” 21:05 İrəvanın Bakı planı: Ermənistan növbəti 5 ildə nə edəcək? 20:52 Fedorovun təklifi “havada qaldı, raketlərlə toqquşdu” 20:41 Yasamalda 3 can alan yanğınla bağlı ilk məhkəmə - Proses niyə təxirə salındı? 20:25 Tokayev Nazarbayevin “qalıqlarını” yox etməyə davam edir - YENİ QƏRAR 20:14 İxtisas seçiminin nəticələri nə vaxt açıqlanacaq? 19:58 Tramp İrandan danışdı: “Bəlkə də nə vaxtsa…” - VİDEO 19:49 İran Kaliforniyanı öz ərazisi elan etdi - Trampa “şillə” kimi cavab 19:42 Pensiya kapitalı ilə bağlı vətəndaşları sevindirəcək xəbər! 19:30 İki gün əvvəl meyiti tapılan qadın tanınmış aparıcının anası imiş 19:16 Xətaidə yanğın başladı - VİDEO 18:58 İsrail Rusiyanı “arxayınlaşdırdı”: “Ukraynaya silah vermirik” 18:50 Bu gün son gündür - Abituriyentlərin NƏZƏRİNƏ! 18:35 Tezalışan maye olan çənin qapağı qopdu - GÜCLÜ YANĞIN 18:22 Məşhur kabab evində at DNT-si tapıldı 18:11 Putin Ukraynanın hücumlarını ciddiyə almır: “Nəticəsi yoxdur” 18:05 Fransa sağalmaz xəstələr üçün "ölüm qanunu"nu təsdiqlədi 16:51 XİN: Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstək göstərməyə davam edir 17:55 Avropadakı ABŞ bazaları hədəfdədir? NATO Türkiyə səmasında vurulan raketləri xatırlatdı 16:44 “Qarabağ”ın əsas oyunçusu “Tvente” səfərini buraxa bilər! 17:39 İranın Avropaya zərbə endirmək planları üzə çıxdı 16:13 Saynsdan “Williams”ə sədaqət mesajı: “Komandanı zirvəyə qaytarmaq istəyirəm” 17:25 NBA ulduzu Karri yeni mövsümə kökləndi: “Hər şeyə yenidən başlamaq istəyirəm” 17:20 Zelenski onlara təşəkkür etdi 15:41 Bütün Xəbərlər